Modern.az

Hakimiyyət qurumlarında 30 faizədək işçi ixtisar olunacaq

Hakimiyyət qurumlarında 30 faizədək işçi ixtisar olunacaq

11 Fevral 2019, 20:50

"Ermənistanda vilayət (mərz) hakimiyyəti qurumlarında 30 faizədək işçinin ixtisarı nəzərdə tutulur. Amma müsabiqədə iştirakçıların daha yaxşı nəticə göstərən üçdə ikisi işlə təmin olunacaq". Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin ərazi idarəetmə və inkişaf naziri Suren Papikyan bildirib.

 

Nazir bildirib ki, vilayət idarəetmə qurumlarında ötən ilin oktyabr ayından həyata keçirilən səmərələşdirmə proqramı İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilir: “Bir neçə yerli hakimiyyətdə aparılan araşdırmalara əsasən, səmərələşdirməyə dair plan hazırlanıb. Hökumətdəki struktur islahatlarından sonra yerlərdəki islahatlar da gündəmə gələcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi