Modern.az

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Aktual

11 Fevral 2019, 23:58

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 63,81 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,81 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 63,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,83 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,61 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,82 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 61,96 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,99 dollar/barel çoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir