Modern.az

Parisdə yaşayan azərbaycanlı yazıçının imza günü keçirildi - FOTOLAR

Parisdə yaşayan azərbaycanlı yazıçının imza günü keçirildi - FOTOLAR

12 Fevral 2019, 11:05

TEAS Press Nəşriyyat Evinin təşkilatçılığı ilə “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “LİBRAFF” kitab mağazasında Fransada yaşayan həmyerlimiz, yazıçı Şain Sinarianın “İvon Bottonun arzuladığı həyat” sənədli bədii-romanının Azərbaycan və fransız dillərində olan təqdimatı keçirilib.

 

Modern.az xəbər verir ki, romanda öz cəsarəti, azərbaycanlı əsgərə olan sevgisinə görə doğma vətəni Fransanı tərk edib İmişlidə yaşamağa qərar verən İvon Bottonun keşməkeşli, insan düşüncələrinin fövqündə dayanan həyatından bəhs edilir. Bu kitab Azərbaycanda pupulyar əsərlərdən sayılır. Tədbirdə bildirilib ki, Şain Sinaria kitab üzərində uzun müddət işləyib, qəhrəmanının həyat hekayəsini bir aya yaxın müddətdə onun evində qalaraq özündən dinləyib.

TEAS Press Nəşriyyat evinin əməkdaşı Aysel Zahidqızı Şain Sinaria yaradıcılığı və “İvon Bottonun arzuladığı həyat” kitabı haqqında ümumi məlumat verib. Daha sonra, müəllif özü çıxış edib. O, kitabın yazılma prosesi, fransız və Azərbaycan dillərində çapı və kitaba gələn reaksiyalar haqqında danışıb. Kitabın hər iki ölkədə böyük rezonansa səbəb olduğunu, həm müsbət, həm də mənfi reaksiyalarla qarşılaşdığını deyən müəllif, hətta bəzi oxucuların bu hadisələrin yalan, şişirtmə olduğuna inandığını da vurğulayıb: “Həqiqət isə odur ki, bu, nə nağıldır, nə əfsanə. Bu, cəmi bir il öncəyə kimi yaşayan bir qadının gerçək taleyidir. O qadın ki, həm sevgilidir, həm həyat yoldaşı, həm ana, həm nənə, həm də iki ölkənin vətəndaşı”.

Çıxışlardan sonra müəllif qonaqlar üçün kitabını imzalayıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub