Modern.az

“Bəzi bələdiyyələr həddindən artıq səlahiyyət istəyir”

“Bəzi bələdiyyələr həddindən artıq səlahiyyət istəyir”

Aktual

12 Fevral 2019, 13:23

“Bu gün ölkəmizdə bələdiyyələrin fəaliyyəti ilə bağlı kifayət qədər işlər görülür, nəzarət edilir. Qanundan kənara çıxan bələdiyyələrlə bağlı ölçü götürülür. İldən-ilə bu proses daha da təkmilləşir”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri  Siyavuş Novruzov parlamentin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqda danışarkən deyib.

 

Deputat bildirib ki, çıxışlarda tez-tez bələdiyyələrin yeni struktur olması, onların iş mexanimzminin dövlət tərəfindən müəyyən yardımlar əsasında qurulması ilə bağlı fikirlərə rast gəlinir:

 

“Artıq 15 ildən çoxdur ki, Azrbaycanda bələdiyyələr fəaliyyət göstərir. Bələdiyyələrin özündə yeni baxış sistemi formalaşmalıdır. Bəziləri həddindən artıq səlahiyyət istəyir, bəziləri səlahiyyətləri yerinə yetirmir, başqa məqsədlər uğrunda iş aparır. Bələdiyyələr kifayət qədər təkmilləşmiş strukturdur və onlar öz tənminatı ilə bağlı addımlar atmalıdırlar”.

 

S. Novruzov qeyd edib ki, bu gün bələdiyyə məktəbləri, bağçaları, iaşə obyektləri, klub, kinoteatrlar yoxdur: “Elə bələdiyyələr var ki, onlara milyon manatdan artıq subsidiya verilib. Onlar elektron kitabxana tikə, kompüter mərkəzləri aça bilərdi.

 

Bələdiyyə meşələri, bağlar salmaq, örüşlər icarəyə verməklə əlavə vəsait əldə etmək olar. 20-dən artıq bələdiyyənin statusu ilə bağlı qanun var. Növbəti bələdiyyə seçkilərinə qədər bir neçə məsələ - onların saylarının azaldılması, bələdiyyə sədrlərinin seçkili olması və tam işləyib gəlir gətirməsi mexanizmi hazırlanmalıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır