Arxiv
12 Fervral 2019, 22:14 | AKTUAL
“Paşinyanın bəyanatlarından onun mövqeyini anlamaq mümkün deyil” - XİN

“Ermənistan baş nazirinin bu gün çıxışında Dağlıq Qarabağın azərbaycanlı icmasının danışıqlarda iştirakı məsələsindən bəhs etməsi, dünən onun mətbuat katibinin Dağlıq Qarabağın erməni icmasını Azərbaycan vətəndaşları adlandırması düzgün yanaşmadır. Dağlıq Qarabağ və ətraf bölgələrin Azərbaycanın beynəlxalq tanınmış ərazisinin tərkib hissəsi olduğunu, hazırda bu torpaqların Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu və bu ərazilərdə məskunlaşan erməni icmasının üzvlərinin Azərbaycan vətəndaşları olduğunu bütün beynəlxalq ictimaiyyət tanıyır”. Modern.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistan baş nazirinin bu gün ölkə Parlamentində çıxışında Dağlıq Qarabağın Azərbaycanlı icmasının danışıqlarda hər zaman iştirak etdiyi və bu icmanın mövqeyini Azərbaycan Prezidentinin təqdim etməsi ilə bağlı suala cavabında bildirib.

 

L.Abdullayeva bildirib ki, baş nazir Paşinyan səsləndirdiyi bəyanatlarla mövcud vəziyyəti daha da gərginləşdirməyə deyil,  ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də son bəyanatlarında vurğuladıqları kimi, münaqişənin həlli istiqamətində nəticəyə yönəlik danışıqlara zəmin yaratmalıdır: “Ermənistan baş nazirinin bəyanatlarından onun mövqeyini anlamaq mümkün deyil; bir tərəfdən münaqişənin həlli üçün sülh şəraitinin yaradılmasının önəmindən danışan Ermənistan rəsmisi, digər tərəfdən danışıqlar prosesinin formatının dəyişdirilməsinə cəhdlər edir, Azərbaycanı guya ki, əhalisini sülhə deyil müharibəyə hazırlamaqda, “aqressiv ritorikada” ittiham etməyə çalışır. Həqiqət bundan ibarətdir ki, söhbət Azərbaycanın “aqressiv ritorikası”ndan deyil, Ermənistanın aqressiv hərəkətlərindən gedir. Azərbaycan, torpaqlarının 20%-i Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına və bir milyonadək əhalisinin məcburi köçkün vəziyyətinə düşməsinə rəğmən bu gün Ermənistanla münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar aparır. Münaqişənin həllinin bölgəmizə gətirəcəyi faydanı və inkişafı təşviq edir.

 

Ermənistan baş naziri bu həqiqətləri və münaqişənin həllinin bölgəyə və konkret olaraq onun ölkəsinə gətirəcəyi faydanı nə qədər tez anlayarsa, bir o qədər tez Ermənistan əhalisinə vəd etdiyi “iqtisadi inqilabı” reallaşdıra bilər. Ermənistan rəhbərliyindən bu günədək eşitdiklərimiz bölgənin inkişafı üçün müvafiq şəraiti yaratmaq və rifah naminə sülhü təmin etmək əvəzinə daha çox suallar doğurur. Bu da Ermənistan rəhbərliyinin mövqeyi. Əlbəttə, bütün bu yararsız şərhlər Ermənistan tərəfinin münaqişənin yalnız sülh yolu ilə həlli çağırışına heç də kömək etmir”.   

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
4 ballıq  zəlzələ Gürcüstanı silkələdi 23 Sentyabr 2019, 21:57 “Ermənistanın məsuliyyətsiz davranışı sülh danışıqlarını şübhə altına salır” - Elmar Məmmədyarov 23 Sentyabr 2019, 21:43 "Qarabağ" daha bir qələbə qazandı 23 Sentyabr 2019, 21:27 Kürdəmirdə kütləvi dava: yaralılar var 23 Sentyabr 2019, 21:14 Salyana yeni rəis təyin olundu 23 Sentyabr 2019, 20:58 Azərbaycan Səudiyyə Ərəbistanı ilə 8 yeni saziş üzərində işləyir 23 Sentyabr 2019, 20:46 Putin Ermənistana gedir 23 Sentyabr 2019, 20:30 Bakıda qayınata gəlinini baltalayaraq öldürüb 23 Sentyabr 2019, 20:17 Mərkəzi Bank depozit hərracının nəticələrini açıqladı 23 Sentyabr 2019, 20:03 “Əfqan Muxtarlı aclığa başlayıb” - Penitensiar Xidmət 23 Sentyabr 2019, 19:58 Bakı Dəmiryolu Vağzalında fəhlə yıxılaraq xəsarət alıb   23 Sentyabr 2019, 19:49 Naxçıvanda Süni Mayalanma Mərkəzi yaradılıb 23 Sentyabr 2019, 19:40 Kişinin başına dəmir parçası düşdü   23 Sentyabr 2019, 19:29 Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olundu - FOTO 23 Sentyabr 2019, 19:20 Məmmədyarov həmkarı ilə görüşdü 23 Sentyabr 2019, 19:09 Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirilib - VİDEO 23 Sentyabr 2019, 19:00 Nazirlər Kabinetində büdcə müzakirələri 23 Sentyabr 2019, 18:53 Qəbələdə 56 yaşlı kişi qoz ağacından yıxılıb öldü 23 Sentyabr 2019, 18:44 “Bakcell”in dəstəyilə  Buzovna çimərliyində genişmiqyaslı təmizlik aksiyası keçirilib - FOTOLAR   23 Sentyabr 2019, 18:35 Görmə qabiliyyətini yaxşılaşdıran 6 QİDA 23 Sentyabr 2019, 18:26 Bakıda “Qafqaz Qartalı - 2019” birgə təliminin açılış mərasimi olub - VİDEO 23 Sentyabr 2019, 18:15 Oqtay Əsədov qızıl medalla təltif olundu 23 Sentyabr 2019, 18:06 Elmar Məmmədyarov argentinalı nazirlə əməkdaşlığı müzakirə etdi 23 Sentyabr 2019, 17:58 Manatın sabahkı məzənnəsi necə olacaq... 23 Sentyabr 2019, 17:42 Müəllimlərin işə qəbulunun II turu üzrə nəticələr açıqlandı 23 Sentyabr 2019, 17:36 Ağacın dibini betonlayan şəxs cəzalanıb 23 Sentyabr 2019, 17:35 ADU-da Ülvi Bünyadzadənin 50-ci ildönümü anılıb 23 Sentyabr 2019, 17:33 Deputatlar vəsiqənin girov qoyulmasını pislədilər: “…özünə hörmət etməlidir!” 23 Sentyabr 2019, 17:26 Ölkə fəlakət içində: Fövqəladə vəziyyət elan olundu! 23 Sentyabr 2019, 17:10 Bakıda dələduz  “general” tutuldu - FOTOLAR 23 Sentyabr 2019, 17:04 Tələbələrin NƏZƏRİNƏ: “Nar” təqaüd proqramı elan edir! 23 Sentyabr 2019, 16:56 “Azərsu” rəsmiləri vətəndaşları qəbul etdi 23 Sentyabr 2019, 16:53 İlham Əliyev 13 milyon manatlıq sərəncam imzaladı 23 Sentyabr 2019, 16:52 Həftədə neçə kiloqram arıqlamaq olar? – Dietoloqdan XƏBƏRDARLIQ 23 Sentyabr 2019, 16:46 Fədayə Laçının məhkəməsi yenə təxirə salındı 23 Sentyabr 2019, 16:38