Arxiv
13 Fervral 2019, 11:04 | ÖLKƏ
“Amrahbank” və “Bank of Baku” BAĞLANIR?

Azərbaycanda daha iki bank bağlanmaq təhlükəsilə üz-üzədir. Maliyyə bazarlarındakı mənbənin Modern.az-a verdiyi məlumata görə, yaxın vaxtlarda Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı qərarını açıqlayacaq. Mənbə qeyd edir ki, artıq hər iki bankın rəhbərliyinə rəsmi məktub da göndərilib. Bankların rəsmi olaraq bağlanması elan olunmasa da, artıq əmanətçilər öz əmanətlərini geri çəkmək istəyir. Bankların maliyyə resursları tükəndiyindən əmanətlərin geri qaytarılmasında problemlər yaşanır.

 

Dünənki yazımızda bankların adını çəkməsək də, vətəndaşlardan gələn istək üzərinə həmin bankların adlarını onların rəsmi mövqeyini işıqlandırmaqla açıqlayırıq. Maliyyə bazarındakı mənbə bildirir ki, sözügedən banklar “Amrahbank” və “Bank of Baku”dur.

 

“Amrahbank”ın PR meneceri Elmira Vəliyeva Modern.az-a açıqlamasında bankda işlərin davam etdiyini bildirib:

“Siz bizə zəng edibsiniz və gördüyünüz kimi işimizin başındayıq. Yayılan məlumatlar qeyri-rəsmidir. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bizə rəsmi xəbərdarlıq olunması ilə bağlı məktub yayılıb. Biz elə bir məktub almamışıq. Kim “Amrahbank”a ünvanlanmış rəsmi xəbərdarlığı görüb? Yoxdur belə bir şey. Camaat özündən siyahı uydurub, bizim də adımızı ora salıb. Görürsünüz iş gedir, biz işdəyik”.

E.Vəliyeva vətəndaşların öz depozitlərini geri çəkməkdə problem yaşaması ilə bağlı iddiaları da qəbul etməyib:

 

“İstəyirsiniz, gəlin özünüz müşahidə edin. Müştərilərimizlə bizim aramızda heç bir problem yoxdur”.

 

Bağlanmaq təhlükəsi yaşandığı iddia olunan “Bank of Baku”nun PR meneceri Gülşən Cumayeva da Modern.az-a öz növbəsində məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

 

“Əgər belə bir hal yaşansaydı, rəsmi qurum açıqlama verərdi”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fuad Abbasovu iki nəfər döyüb, biri çəkib – VİDEO 21 May 2019, 00:09 Azərbaycan nefti ucuzlaşıb 20 May 2019, 23:47 Danışılmış oyuna görə 11 futbolçu saxlanılıb 20 May 2019, 23:30 Bu ölkədə polis əməkdaşı axtarılır 20 May 2019, 23:14 ABŞ donanması İranla hərbi qarşıdurmada 20 May 2019, 22:57 Tacikistanda həbsxanada qiyam 20 May 2019, 22:43 Şamaxıda 8 il öncə ölən şəxsə çağırış vərəqəsi göndərildi 20 May 2019, 22:26 Oğuzda orta yaşlı qadın özünü asdı 20 May 2019, 22:12 Metro işçiləri tətilə başladı 20 May 2019, 21:55 “Zelenski Moskva ilə danışıqlara hazırdır” – Politoloqdan şərh 20 May 2019, 21:43 Çörək sexində bir nəfər bıçaqlandı 20 May 2019, 21:29 İstanbulda meşə yanğınları 20 May 2019, 21:17 Şimal bölgəsinin təhsil işçiləri hesabat verdi 20 May 2019, 21:00 18 nəfəri ildırım vurub öldürdü 20 May 2019, 20:43 Koçaryana qarşı cinayət işi Konstitusiya Məhkəməsinə göndərildi 20 May 2019, 20:29 Güclü külək İsmayıllıda fəsadlar törətdi - FOTO 20 May 2019, 20:13 Azərbaycanla Avropa İttifaqı yeni saziş üzrə danışıqları üç istiqamətdə aparır 20 May 2019, 20:01 Zelenskinin varidatı açıqlandı - Avropada evlər, Gürcüstanda 10 otel, ... 20 May 2019, 19:55 İsveçrə universitetinin tələbələri Bakıya gələcək - FOTO   20 May 2019, 19:47 Ukrayna hökuməti istefaya getdi 20 May 2019, 19:38 Fuad Abbasovun Azərbaycana deportasiya ediləcəyi tarix AÇIQLANDI 20 May 2019, 19:29 Eyfel qülləsi bağlandı - SƏBƏB?   20 May 2019, 19:19 Nazirlik kəndlilərə verilən mal-qara ilə bağlı şikayətlərə cavab verdi 20 May 2019, 19:08 Beşdən çox uşağı olan ailələrin sayı AÇIQLANDI 20 May 2019, 18:57 “Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri təltif olunub   20 May 2019, 18:46 Təhsil Şöbəsinin sabiq müdrinin cinayət işi məhkəməyə göndərildi 20 May 2019, 18:39 Bakı küçələrində maraqlı kampaniya - FOTO 20 May 2019, 18:29 Azərbaycan Çinə nar ixrac edəcək   20 May 2019, 18:20 Məhkəmənin qərarını icra etməyən polis rəisləri ilə bağlı Ramil Usubova müraciət olundu 20 May 2019, 18:10 Çingiz Qənizadə: “Avtomobillərə jalüz qadağası DYP ilə sürücünü qarşı-qarşıya qoyur” 20 May 2019, 18:01 Bakıda keçiriləcək sessiyaya hazırlıq müzakirə olundu 20 May 2019, 17:37 Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək   20 May 2019, 17:36 Manat və dolların sabahkı məzənnəsi 20 May 2019, 17:21 Səudiyyə Ərəbistanının Kralı İlham Əliyevi təbrik etdi 20 May 2019, 17:20 Prezident "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırdı 20 May 2019, 17:18