Arxiv
13 Fevral 2019, 12:58 | ALLAH RƏHMƏT ELƏSİN
Bakının ən məşhur kitabçısı vəfat edib  

Yolu İçərişəhərə, Qız qalası tərəfə düşən hər bir kitab oxucusunun yaxşı tanıdığı kitabçı və və sevdiyi kitab mağazası vardı. Söhbət az qala bütün Bakının tanıdığı Elman Mustafayevdən gedir.

Modern.az-ın əməkdaşı bu gün eşidib ki, Elman müəllim 3 gün öncə - fevralın 11-də haqq dünyasına qovuşub.


Qız qalasının yanındakı balaca kitab dükanı uzun illər idi ki, hamı üçün əlçatan qiymətə kitablar satırdı.


Elman Mustafayev 1940-cı ildə Şəki şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini elə doğma şəhərdə alıb. Həyat Elman Mustafayevi Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kitabxanaçılıq fakültəsinə gətirib. Burada o, «Kitab-əmtəəşünaslıq və biblioqrafiya» ixtisası üzrə təhsil alıb. Özünün dediyinə görə, 7 ixtisası vardı.
 

Belə ki, cavan vaxtlarında orkestrdə tar çalıb. Sonra iki illik kulinar şagirdlik məktəbini bitirib. Hətta Şəkidə restoran müdiri də işləyib. Daha sonra bir müdət elektrik işləyib. Üç inşaatçı ixtisasım vardı. Əsgərlikdə olarkən öyrədiblər: suvaqçı, rəngsaz, bənnalıq. Hamısına da  sənəd veriblər. Amma uşaqlıqdan kitaba olan həvəsi onu başqa peşələrdən uzaqlaşdırdı.

O, 50 ildən çox idi ki, həyatını kitab aləminə həsr eləmişdi. Uzun müddət Fəvvarələr meydanının yanında tədris pedoqoji mağazanın direktoru olub. Orada fəaliyyəti 1960-1980- ci illərə qədər davam edib. Sonra Hökümət Evinin qarşısındakı iki mərtəbəli binanın -Bakı kitab evinin ilk direktoru olub. Amma 1985-ci ildən sonra oradan könüllü şəkildə müəyyən səbəblər üzündən ayrılıb. O vaxtdan indiyə kimi son iş yerində Qız qalasının yanındakı mağazanın sahibiydi. Bu dükanı 2005-ci ildən özəlləşdirmişdi. 


Elman Mustafayev ötən ilin sonlarından xəstə idi. Bu gün onun üç mərasimidir...


Allah rəhmət eləsin!


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Samirə Əfəndi “Avroviziya”nın finalında - VİDEO 19 May 2021, 00:57 Abşeronda maşın aşdı - ölən və yaralananlar var - FOTO 19 May 2021, 00:49 BMT Təhlükəsizlik Şurası razılığa gələ bilmədi 19 May 2021, 00:38 Tacikistanda üç uşaq diri-diri torpağın altında qaldı - FOTO 19 May 2021, 00:22 Almaniyada piyada körpüsü çökdü - ölən və xəsarət alan var 19 May 2021, 00:09 “Yayılan görüntülər montajdır və mənə qarşı atılan böhtandır” – Mahir Abbaszadədən AÇIQLAMA 19 May 2021, 00:04 “Beşiktaş” Türkiyə kubokunu da qazandı 18 May 2021, 23:51 Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası 18 May 2021, 23:40 “Avroviziya”nın birinci yarımfinalı başlayıb 18 May 2021, 23:25 Bakıda piyadanı maşın vurub öldürdü - FOTO 18 May 2021, 23:11 Nijni Novqoroddan Bakıya birbaşa uçuşlar başlayır 18 May 2021, 22:58 Güləşçilərimiz Avropa çempionatında daha 3 medal qazandı - FOTO 18 May 2021, 22:44 Bakıda bir nəfər özünü dənizə atdı 18 May 2021, 22:33 Cəbrayıl Hacıyev Avropa çempionu oldu 18 May 2021, 22:20 Sahibə Qafarova İtaliyanın dövlət katibi ilə görüşdü 18 May 2021, 22:13 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 22:04 Goranboyda dəhşətli HADİSƏ 18 May 2021, 22:02 Abşeronda yol qəzası - xəsarət alanlar var 18 May 2021, 21:53 Türkiyədə yoluxanların sayı artdı, ölənlər azaldı 18 May 2021, 21:42 Neft yenidən ucuzlaşır 18 May 2021, 21:27 “Çernomor”u canlandıran rus aktyor vəfat etdi 18 May 2021, 21:13 "Zərifə Əliyeva" gəmisi gələn il istismara veriləcək 18 May 2021, 21:02 Ukraynanın səhiyyə naziri istefaya göndərildi 18 May 2021, 20:49 Ter-Petrosyan parlament seçkilərinə qatılır 18 May 2021, 20:33 Ceyhun Bayramov Türk Şurasının baş katibi ilə danışdı 18 May 2021, 20:20 Sahibə Qafarova İtaliya Senatının sədri ilə görüşdü 18 May 2021, 20:11 Milli Məclisin nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib - FOTO 18 May 2021, 20:03 Azərbaycanla Belarus hərbi-texniki əməkdaşlığı müzakirə edib 18 May 2021, 19:39 Bakı yollarında sıxlıq 30-dan çox avtobus tıxacda qalıb 18 May 2021, 19:21 Bu xəstəxananın vəzifəli şəxslərinə cinayət işi AÇILDI 18 May 2021, 19:02 Azərbaycanla Rusiya pomidor qadağasını müzakirə etdi 18 May 2021, 18:52 Teledərslərin mayın 19-na olan cədvəli 18 May 2021, 18:50 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 18:38 Gömrükdə rüşvət alan vəzifəli şəxslər saxlanıldı - ADLAR 18 May 2021, 18:21 Manatın sabah olan məzənnəsi açıqlandı 18 May 2021, 18:04