Arxiv
14 Fervral 2019, 11:50 | AKTUAL
Sosial şəbəkələr təhqir və böhtan vasitəsinə çevrilməməlidir

XX əsrin sonlarında meydana çıxan yeni informasiya texnologiyaları hər bir ölkədə cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Xüsusən dövlət sərhədlərini tanımayan, coğrafi uzaqlıqdan asılı olmayaraq operativ informasiya mübadiləsini təmin edən internetin ortaya çıxardığı yeniliklər dünyanın hər yerində insanların məişətinə daxil oldu, gündəlk həyatımızın bir hissəsini təşkil etməyə başladı.

 

Azərbaycan internetin inkişafına xüsusi diqqət yetirir

 

Bu mənada müasir dünyanı İKT-nin bəxş etdiyi yeniliklərsiz təsəvvür etmək qeyri-mümkündür. Ən mühüm yenilik isə informasiya cəmiyyətinin meydana çıxması oldu. İnformasiya cəmiyyətinin mənası insanların informasiya tələbatını ödəmək, onların arasında sosial kommunikasiya mühiti yaratmaq, istədikləri məlumatarı ictimaiyyətə çatdırmaqda kömək etməkdən ibarətdir. Əsas məqsəd informasiya bolluğunun yaradılması və bu prosesin köməyi ilə, həm də cəmiyyətin inkişafına xidmət etməkdir. Yəni, informasiya cəmiyyəti elə bir cəmiyyətdir ki, burada əhalinin böyük hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın istehsalı, saxlanması və ötürülməsi ilə məşğul olur.

Bütün sivil dövlətlərdə informasiya kommunikasiyalarının təsir dairəsi genişlənərək dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, elm və təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti əhatə edir. Elə buna görə də informasiya texnologiyalarının daha geniş yayıldığı cəmiyyətlər dünyanın qabaqcıl cəmiyyətləri sayılır.

Bu sırada rahat və əlverişli ünsiyyət vasitəsi kimi yaranan sosial şəbəkələr daha sürətlə populyarlaşmağa başladı. İndi yalnız fərdi insanlar deyil, dövlət orqanları da öz fəaliyyətlərində sosial şəbəkələrin yaratdığı imkanlardan istifadə edirlər. Eyni zamanda internet mediasının sosial şəbəkələr vasitəsilə genişlənməsi də müasir internetin yaratdığı yeni imkanlardan biridir. Kütləvi-informasiya vasitələri sosial şəbəkələr üzərindən öz xəbərlərini rahatlıqla yaya bilirlər.

Azərbaycan sivil dünyanın tamhüquqlu üzvü kimi internet şəbəkəsinin inkişafına xüsusi diqqət yetirir. Xüsusilə son illərin internetlə bağlı statistikası göstərir ki, respublikada həyata keçirilən tədbirlər internet xidmətlərinin yüksəlməsinə və internet istifadəçilərinin sayının sürətlə çoxalmasına gətirib çıxarıb. İnternetin inkişafı isə informasiya cəmiyyətinin, xüsusilə sosial medianın inkişafı, o cümlədən sosial şəbəkələrdən istifadənin genişlənməsi deməkdir. Azərbaycanda da sosial şəbəkələrin yaratdığı informasiya mübadiləsi imkanlarından bütün sahələrdə səmərəli istifadə olunur.

 

Bəziləri bundan təhqir və böhtan üçün istifadə edir

 

Hər bir insan, istər siyasətçi, istər musiqiçi, istərsə də digər sahələr üzrə çalışan insanlar öz peşələrinə uyğun olaraq sosial şəbəkələrdən istifadə etməlidir, təbii ki, etik normalar çərçivəsində. Mən özüm deputatlıq fəaliyyətimlə yanaşı uzun illərdən bəri musiqi sahəsində çalışan insan kimi ərsəyə gətirdiyim musiqi əsərlərini, ictimaiyyətə əsasən internet şəbəkəsi vasitəsilə təqdim edirəm. Bu musiqilərin əsas xəttini vətənpərvərlik, dövlətin əldə etdiyi uğurlar təşkil edir. "Azərbaycan bayrağı”, "Sən oldun”, "Öndər Fondu”, "Qoruyaq uşaqları”, "Azərbaycan-Türkiyə” və sair mahnıları buna misal çəkə bilərəm.

Lakin informasiya cəmiyyətinin xarakterik xüsusiyyətləri və bütün müsbət məqamları ilə yanaşı təhlükəli meyilləri də var. Bu sırada sosial şəbəkələr bəzən cəmiyyətin rifahına deyil, zərərli informasiyaların yayılmasına, insanların şəxsi həyatına mənfi təsir etməsinə səbəb olur. Eyni zamanda hazırkı informasiya bolluğunda bəzi hallarda daha dəqiq və keyfiyyətli informasiyanın seçim çətinliyi yaranır. Bu baxımdan sosial şəbəkələr heç də informasiya cəmiyyətinin ali məqsədlərinə xidmət etmir.

Son dövrlər ölkəmizdə də bəziləri tərəfindən sosial şəbəkələrin üstünlüklərindən sui-istifadə edildiyini görürük. Belələri öz sosial şəbəkə hesablarından dövlətə, hakimiyyət orqanlarına qarşı böhtan atmaqla məşğuldurlar. Təəssüf ki, bunların arasında təhqirlərə də yol verilməsi cəmiyyət tərəfindən narahatlıqla qarşılanır, haqlı olaraq insanların narazılığına səbəb olur.

Azərbaycan demokratik dövlətdir. Müstəqillik əldə etdikdən sonra respublikamızda demokratik inkişaf istiqamətində mühüm addımlar atılıb, söz, vicdan, sərbəst toplaşmaq azadlığı təmin olunub. Bu gün cəmiyyətimizdə demokratiyanın bütün dəyərləri tam təsbit olunub. İnsan hüquqlarının təmin edilməsi, söz və mətbuat azadlığı müasir Azərbaycanın ən böyük uğurları sırasında yer alır.

Demokratik cəmiyyətin ən mühüm göstəricilərindən biri də müxalifətçilikdir. Azərbaycanda xeyli sayda müxalifət partiyaları fəaliyyət göstərir, onların bir qisminin nümayəndələri Milli Məclisdə təmsil olunurlar. Müxalifətçilik də sivil şəkildə olmalı, böhtan və təhqir üzərində qurulmalı deyil. Ən azından vaxtilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müxalifət partiyası kimi yaranan Yeni Azərbaycan Partiyasının fəaliyyəti nümunə olmalıdır.

Son vaxtlar ölkəmizdə özünü müxalifət hesab edən bəzi partiyaların tərəfdarları konstitusion normaların ziddinə gedərək sosial şəbəkələr üzərindən dövlət və hakimiyyət əleyhinə siyasi çağırışlar edirlər. Əlbəttə, hər bir sosial şəbəkə istifadəçisi rastlaşdığı çatışmazlığı tənqid edə, üzləşdiyi neqativ haldan şikayətlənə bilər. Amma rastlaşdığımız odur ki, bəziləri müxalifətçiliyi təhqir və böhtanda, dövlət və hakimiyyət əleyhinə çağırış etməkdə görür. Bu adamlar dövlətimizin uğurlarına sevinmək əvəzinə görülən işlərə qara yaxmaqla məşğul olur, cəmiyyətdə yanlış rəy yaratmağa cəhd göstərirlər. Elədikləri əməllər həm də mənəvi terrora cəhddir.

Erməni lobbisinin, onların təsiri altında olan riyakar siyasətçilərin, dövlətimizin uğurlarından qıcıqlanan antiazərbaycançı mərkəzlərin və islamofob dairələrin ölkəmizə qarşı apardıqları qərəzli informasiya müharibəsi son illər daha da intensivləşib. Bu gün sosial şəbəkələrdə təhqiri, söyüşü mübarizə metodu seçənlər, insanları dağıdıcılığa çağıranlar, şaiyə və dezinformasiya yayanlar eyni zamanda həmin antiazərbaycançı mərkəzlərin buyruqlarını yerinə yetirirlər.

Siyasi mübarizədə təhqirə yol vermək və böhtan atmaq insan mənəviyyatsızlığının son həddidir. Təhqir etmək həm də sivil qaydada mübarizə apara bilməməyin, zəifliyin göstəricisidir. Bu hərəkətlərə yol verənlər cəmiyyət üçün heç bir müsbət nümunə göstərə bilməzlər.

 

Yeni hüquqi mübarizə mexanizmləri tətbiq olunmalıdır

 

Bəli, internetin, sosial şəbəkələrin inkişafı, geniş yayılması və texniki imkanları ondan təhqir etmək və böhtan atmaq üçün istifadə edilməsini də reallığa çevirib. Bununla yanaşı artıq dünyanın bir çox yerlərində məhz sosial şəbəkələr vasitəsilə insan ləyaqətinin alçaldılmasına görə hüquqi müstəvidə qiymət verilməsinin mexanizmləri gücləndirilib. Bir çox ölkələrdə böhtan və təhqirə görə, sosial şəbəkələr nəzarətə götürülərək ciddi tədbirlər görülür.

Azərbaycanda bu sahədə son illərdə müəyyən addımlar atılıb. Belə ki, Azərbaycan Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan atmağa görə müvafiq məsuliyyət nəzərdə tutulur. Məcəllənin 148-ci maddəsi isə təhqir etmə ilə bağlıdır. 148-1-ci maddədə göstərilir ki, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Lakin hesab edirəm ki, bütün bunlar yetərli sayıla bilməz. Çünki bir sıra hallarda təhqir və böhtanların yayıldığı sosial şəbəkə hesabları xarici ölkələrdə açılır ki, buna qarşı da mübarizə aparmaq çətindir. Ona görə bu məsələyə tamamilə yenidən baxılmalı, sosial şəbəkələrdə təhqir və böhtanlara qarşı yeni hüquqi mübarizə və nəzarət metodu tətbiq olunmalıdır. Çünki sosial şəbəkələrdə bəlli qrupların istifadə etdiyi qeyri-insani mübarizə metodları ümumilikdə cəmiyyəti narahat edir. Belə hallara qarşı hər kəs sərt reaksiya verməli, cəmiyyətimizə qarşı hörmətsizliyin qarşısı dərhal alınmalıdır.

 

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı,
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mehriban Əliyeva Valentina Matviyenko ilə şam yeməyində - FOTOLAR 23 Noyabr 2019, 02:24 Türkiyədə bir ilk - Qadın futbol klubunun prezidenti seçildi 23 Noyabr 2019, 02:22 "Qalatasaray” öz meydanında “Başakşəhər”ə uduzdu 23 Noyabr 2019, 02:17 Şəkər sabah dəfn olunacaq: Atasının Rusiyadan gəlməsini gözləyirlər 23 Noyabr 2019, 00:46 Türkiyədə 3,7 bal gücündə zəlzələ oldu 23 Noyabr 2019, 00:27 Argentina 17 "siyasi" səfirini geri çağırır 23 Noyabr 2019, 00:14 Polşada erməni təxribatının qarşısı alındı 22 Noyabr 2019, 23:58 Azərbaycan neftinin qiyməti dəyişdi 22 Noyabr 2019, 23:40 "Sumqayıt"ın prezidenti mükafat verəcək 22 Noyabr 2019, 23:23 ABŞ-dan İrana növbəti sanksiya 22 Noyabr 2019, 23:04 Prezidentdən 12 min illik göllə bağlı təlimat 22 Noyabr 2019, 22:49 "Böyük komandayıqsa, belə məğlubiyyətləri tez yaddan çıxarmalıyıq" - Qurban Qurbanov 22 Noyabr 2019, 22:34 Leyla Əliyeva Moskvada müzakirələr apardı - FOTO 22 Noyabr 2019, 22:14 Tofiq Yaqubludan ağır ittiham: Mühacir alveri qalmaqlı böyüyür 22 Noyabr 2019, 21:57 Rusiya telekanalları Mehriban Əliyevanın səfəri barədə reportajlar yayımlayıb 22 Noyabr 2019, 21:34 "Qarabağ" "Sumqayıt"la bacarmadı 22 Noyabr 2019, 21:20 Vladimir Putin Mehriban Əliyevaya “Dostluq” ordeni təqdim edib - FOTOLAR 22 Noyabr 2019, 21:06 Bərdəli gənc qızdırmadan ölüb 22 Noyabr 2019, 20:47 ABŞ-la Gürcüstan  hərbi əməkdaşlıq edəcək 22 Noyabr 2019, 20:33 Samuxdakı avtoqəzada iki qardaş xəsarət alıb 22 Noyabr 2019, 20:16 “Xəzər dialoqu 2019” forumunun tarixi bilindi 22 Noyabr 2019, 20:03 Azərbaycan AYİB-in donor ölkələr icmasına qoşulub  22 Noyabr 2019, 19:50 Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşüb - FOTO 22 Noyabr 2019, 19:35 Arıqlama həbləri bu xəstəliklərə səbəb olur 22 Noyabr 2019, 19:24 Azərbaycanın Almaniyadakı səfirliyi Köln şəhərində səyyar qəbul təşkil edəcək 22 Noyabr 2019, 19:10 "Azərbaycan Dəmir Yolları"ndan qəzayla bağlı AÇIQLAMA 22 Noyabr 2019, 19:00 Mərdəkan Müalicə Pansionatı istifadəyə verildi 22 Noyabr 2019, 18:42 İstirahət günlərinin hava PROQNOZU  22 Noyabr 2019, 18:30 Polislər üçün yaddaş kitabçası hazırlandı 22 Noyabr 2019, 18:26 Əbülfəs Qarayev müşavirə keçirdi 22 Noyabr 2019, 18:21 Prokuror olmaq istəyən 30 nəfər uğur qazandı 22 Noyabr 2019, 18:10 Əli Hüseynli: “Azərbaycan və Rusiya arasında münasibətlər yeni mərhələyə keçib” - MÜSAHİBƏ 22 Noyabr 2019, 18:01 Bakıda daha bir çörək sexi bağlandı - FOTO 22 Noyabr 2019, 17:55 Rövşən Rzayev Beyləqanda qəbul keçirib 22 Noyabr 2019, 17:52 “Nar”dan hədiyyə qazanmaq imkanı! 22 Noyabr 2019, 17:45