Arxiv
15 Dekabr 2009, 10:47 | MEDİA
Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Modern.az-ın maraqla izlənilən «Media əhvalatları» rubrikasının bu dəfəki qonaqları həmkarlarımız Taleh Şahsuvarlı,

Afaq Mirayiq,

Şeyda Nəsibli və Səbuhi Məmmədlidir.

 

Taleh Şahsuvarlı, müstəqil jurnalist

 

Artur Qotazyanın hesabına qonaqlıq

 

- Tələbə yoldaşım, keçmiş jurnalist Faiq Qəzənfəroğlu bir neçə il öncə «Vətən savaşı uğrunda» adlı təşkilat yaratmışdı və bərk həvəsindəydi ki, təşkilatını qəzetlərdə təbliğ eləsin. Bunu eşidəndə mən də tənbəllik eləməyib «Artur Qotazyan» adlı xəyali bir erməniyə e-mail açdım, bütün qəzetlərə onun guya, başçılıq elədiyi «Sülh uğrunda Hərəkat»ın etiraz bəyanatını göndərdim. Bəyanatı da guya, “Qotazyan”dan Ermənistanda fəaliyyət göstərən “Tafaraz” agentliyi almışdı. (“Tafaraz” tərsinə oxunanda “zarafat"). Maraqlıdır ki, mənin göndərdiyim həmin yalançı bəyanat bizm əksər qəzetlərdə, o cümlədən aparıcı nəşrlərdə çap olundu. Yaratdığı təşkilatın erməniləri artıq narahat etməsindən ruhlanan Faiq hər şeydən xəbərsiz halda mənə yaxşı bir qonaqlıq verdi. Qonaqlıq xoşuma gədiyindən üç gündən sonra “Artur Qotazyan” daha bir bəyanat verdi. Bəyanat yenə qəzetlərdə çıxdı və biz də onu yaxşıca «yuduq». Üçüncü dəfə “Qotazyan” bu işə «siyasətçi»ləri də «qatdı» və təbii ki bu, daha bir qonaqlığa səbəb oldu. Qonaqlıqlarımız davam edəcəkdi, amma həmkarımız Səbuhi Məmmədli hər şeyi alt-üst etdi. Səbuhidən xahiş etdim ki, “Qotazyan”dan «müsahibə alsın». O, da gedib hər şeyi olduğu kimi «525-ci qəzet»də yazdı. O vaxtdan bu yana Faiq məndən küsülüdü. 

«Adam belə iş görər?»

 

Bir gün səhər tezdən hüquq müdafiəçisi Novella Cəfəroğlu mobil telefonuma zəng vurmuşdu, “Yes” düyməsini basanda onun səsinin titrədiyini hiss etdim:

- Əəə, ay oğrəş, bəs adam belə iş görər?

Mən də yuxuluyam deyə nə baş verdiyini anlaya bilmirəm. Telefonda Qadın Hüquqları Müdafiə Cəmiyyətindən Əntiqə xanımın da səsi gəlir:

- Denən ağlayıb özümüzü öldürmüşük burda...

Əntiqə xanımın bu sözlərindən sonra ayıldım. Kiminsə, «Talehi maşın vurub» kimi şayiə yaydığını düşündüm. And verdim:

- Novella xanım, siz Allah nə baş verib? Axı niyə ağlayırsınız?

- Sənin qəzetdəki yazını oxuyub ağlayırıq. Bizi yaman kövrəltmisən! 

 

 

Afaq Mirayiq, «Üç nöqtə» qəzetinin əməkdaşı

 

«Zeynal müəllim, zəhmət olmasa, bizi bir də təbrik edin də»

 

2008-ci ilin dekabr ayı idi. «Üç nöqtə» qəzetinin 10 illiyinə hazırlaşırdıq. Aləm bir-birinə dəymişdi. Baş redaktor hərəyə bir yox, bir neçə tapşırıq vermişdi. Mən də mediadakı tanınmışlarla görüşüb «Üç nöqtə»nin xüsusi  buraxılışı üçün qəzet  haqqında təəssüratlarını soruşmalı və qəzetimizin yubileyi ilə bağlı keçirəcəyimiz tədbir üçün dəvətnamələrini verməliydim. Qarlı gündə ən azı 10 nəfərlə görüşdüm. Bu arada Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin keçirdiyi mətbuat konfransına da getdim və onun da dəvətnaməsini verdim. Redaksiyaya çatan kimi diktafonu işə saldım. Məlum oldu ki, diktafonun daşı qurtardığından 4-5 nəfərin səsini yazmayıb. Birtəhər xatırladıqlarımı özümdən əlavələr etməklə yazdım. Bircə BDU-nun müəllimi Zeynal Məmmədlinin dediklərini heç cür yada sala bilmədim. Onun danışıq üslübü və fikirləri özünəməxsus olduğuna görə məcbur olub Zeynal müəllimə zəng edib vəziyyəti anlatdım və «Zeynal müəllim, zəhmət olmasa, bizi bir də təbrik edin də» dedim. O, da ürəkdən gülərək, elə ürəkdən də yenidən bizi təbrik etdi. Həmin gün çantama baxanda məlum oldu ki, Nuşirəvan Məhərrəmliyə dəvətnaməni deyil, boş zərfi verimişəm. Sonradan zəng vurub Nuşirəvan müəllimi tədbirə telefonla dəvət etməli oldum. Amma onu da deyim ki, həmin gün olub-keçənlərdən redaksiyanın «yuxarı dairələri» xəbər tutmadılar…

 

Şeyda Nəsibli, Jurnalist Araşdırmaları Mərkəzinin həmsədri

 

«Bu gün sənin toyundu, gözəl»

 

- 2000-ci il idi. “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu həbsxanadan çıxması münasibətilə kollektivə qonaqlıq verirdi. Məclis çox gözəl keçirdi. Mübariz tar çalır, Qabil Abbasoğlu gözəl səsiylə muğam oxuyur, halaylar çəkilirdi. Həmkarımız Elşad Paşasoy da dəmlənmişdi, mikrafonu əlinə alıb Baloğlan Əşrəfovun səsi və üslubu ilə oxumağa başladı. Amma nə oxuduğunu heç cür ayırd edə bilmirdik, bircə «bü gün sənin toyundu, gözəl» sözlərindən başqa.

Məclisin sabahısı gün hamımız işdə planlaşdırmaya yığışmışdıq. Həmişə duzlu-məzəli zarafatlarıyla bizləri güldürən Etibar Cəbrayıloğlu qələmdən mikrafon düzəldib Elşadın səsi və tərziylə oxumağa başladı: «Bu gün sənin toyundu, gözəl. Səni sevən qoyundu, gözəl». Rauf bəy gülüş səsinə «nə oldu?» deyə, otağından durub yanımıza gəlmişdi.

Tərlan bəy, yoxsa xanım?

 

- Bacım Pərvin jurnalist olmaq arzusuyla «Yeni Müsavat»da işləməyə başlamışdı. Mövzularını da çox vaxt mən verirdim. O zaman Tərlan Musayeva adlı deputat vardı. Pərvinə mövzu verdim ki, onun ev problemi var, zəng edib nə yerdə qaldığını öyrənsin. Pərvin də nömrəni yığıb «Tərlan bəy»i istəyib. Və Tərlan xanımla bir müddət «Tərlan bəy» kimi danışıb. Axırda başa düşüb ki, danışdığı kişi deyil, qadındır. Sonra Pərvin pərt olmuş vəziyyətdə yanıma gəlib məni günahkar tutdu ki, niyə Tərlanın qadın olduğunu ona deməmişəm.  Səbuhi Məmmədli, müstəqil jurnalist

 

«Biləsuvarda hər daşın altından bulaq qaynayır» 

- «Yeni Müsavat»da işləydiyim vaxtlar idi. Bir gün qəzetin baş redaktoru Rauf Arifoğlu bildirdi ki, sabahdan mən Biləsuvara, hazırda mühacirətdə olan jurnalist həmkarımız Elbəyi Həsənli isə reportaj üçün Balakənə ezamiyyətə getməliyik.

Yayın cırhacırı idi, Elbəyinin də Azərbaycanın bölgələrindən xəbəri yox idi. Bundan istifadə edib Elbəyiyə Biləsuvara getməyi təklif etdim. Tərif də vurdum ki, Biləsuvarda hər daşın altından bir bulaq qaynayır, dağ, meşə, çəmən… Özü də Biləsuvarda üşüməməsi üçün mütləq pencək götürməsini məsləhət gördüm. Şübhələnməsin deyə, Biləsuvarda olduğumu, indi də havası «isti» olsa belə, Balakəni görmək istədiyimi bəhanə gətirdim. Təsəvvür edin, həmin vaxt Biləsuvarda 50 dərəcə isti olur. Beləcə, Elbəyi özü ilə pencək götürüb Biləsuvara, mən də Balakənə yola düşdük.

Səfərdən qayıdanda Elbəyi az qala məni öldürürdü, üstəlik, məndən Rauf bəyə şikayət də etdi.

Elbəyi danışırdı ki, günün günorta çağı taksi onu Bakıdan Biləsuvara aparıb rayon mərkəzində düşürəndə, taksi sürücüsünə dirənib ki, yolu səhv salmısan, bura Biləsuvar deyil. Sürücü də and-aman eləyib, birtəhər Elbəyini inandırıb, onun taksidən düşməsinə müvəffəq olub, aradan çıxmışdı. Amma bundan sonra da Elbəyininki gətirməyib. Yayın cırhacırında, 50 dərəcə istidə əlində pencək rayon mərkəzini gəzən Elbəyiyə biləsuvarlılar baxıb gülürmüşlər.

 

Hazırladı: Lalə MUSAQIZI

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan ikinci qızıl medalı qazandı   21 İyul 2019, 17:00 Həsən bəy Zərdabinin universitetdən aldığı fərqlənmə attestatı - FOTO 21 İyul 2019, 16:45 Sahibkarların sığortası olub, olmaması araşdırılır - İcra başçısının müavini  21 İyul 2019, 16:32 Universitet tələbəsi dənizdə boğuldu - FOTO 21 İyul 2019, 16:16 Azərbaycan ilk qızıl medalını qazandı 21 İyul 2019, 16:00 Sumqayıtda mənzildən qadın meyiti tapıldı 21 İyul 2019, 15:48 Bu mətbuat orqanlarının hesabları bloklandı 21 İyul 2019, 15:36 QMİ-nin Gürcüstan nümayəndəliyi Keşikçidağla bağlı bəyanat yaydı 21 İyul 2019, 15:24 Yeni Baş nazir müstəqil və peşəkar iqtisadçı olmalıdır - Zelenski 21 İyul 2019, 15:10 Azərbaycanda bunu etmək mümkün deyilmi? - FOTO   21 İyul 2019, 15:00 Mingəçevirdə avtomobil aşıb, sürücü ağır xəsarət aldı - FOTO 21 İyul 2019, 14:37 Azərbaycan gimnastı Dünya Çempionatında 2 medal qazandı   21 İyul 2019, 14:25 Gürcüstan parlamentinin erməni deputatı cinsi təcavüzdə günahlandırılır 21 İyul 2019, 14:17 UEFA "Fənərbaxça"nı 2 milyon avro cərimə etdi 21 İyul 2019, 14:05 Bakı-Sumqayıt yolunda "Shacman" aşıb 21 İyul 2019, 13:53 Azərbaycan təmsilçiləri Avroliqaya təyinat alıblar   21 İyul 2019, 13:42 Üç güləşçimiz EYOF-un finalında   21 İyul 2019, 13:31 Şəmkirdə dəhşətli qəza - Sürücünün qolu amputasiya edildi  21 İyul 2019, 13:20 “Qarabağ”ın ÇL-də növbəti oyun üçün - HEYƏTİ 21 İyul 2019, 13:09 Bərdə bazarında 12 mağaza yanıb - Sahibkarlara yarım milyon ziyan dəyib  21 İyul 2019, 12:55 Sabah 41 dərəcə isti olacaq- Nazirlik məlumat yaydı 21 İyul 2019, 12:45 İranda güclü zəlzələ olub 21 İyul 2019, 12:32 “Qəbələ” – “Dinamo” oyununun hakimləri bəlli oldu 21 İyul 2019, 12:23 Ukraynalılar Bakıda səs verir 21 İyul 2019, 12:14 Azərbaycana gələn hər bir idmançı günə 90 avro ödəyir - Azad Rəhimov 21 İyul 2019, 12:05 Qayınananın SON ARZUSU 21 İyul 2019, 11:54 Bu şirkət 500 min avtomobilini geri çağırır - Yanğın təhlükəsinə görə 21 İyul 2019, 11:44 Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi - Narkotikə görə 21 İyul 2019, 11:34 Elza Seyidcahan deputat olmaq istəyir 21 İyul 2019, 11:23 Erməni əsgərin postda meyiti tapılıb   21 İyul 2019, 11:10 Avropa Gənclər Yay Olimpiya Festivalına güləşçilərimiz qələbə ilə başladılar - FOTO 21 İyul 2019, 10:59 Hindistanda üçbaşlı uşaq dünyaya gəldi - FOTO 21 İyul 2019, 10:48 Tələbə köçürülməsi üçün qeydiyyat başa çatdı 21 İyul 2019, 10:37 Merkelin gəlirləri açıqlandı 21 İyul 2019, 10:26 Yolu keçən piyadanı avtomobil vurub öldürdü 21 İyul 2019, 10:10