Modern.az

Azərbaycanın daha beş rayonunda “ASAN Xidmət” mərkəzləri açılacaq

Azərbaycanın daha beş rayonunda “ASAN Xidmət” mərkəzləri açılacaq

15 Fevral 2019, 19:49

 

Bu ilin sonunadək Azərbaycanda daha beş "ASAN Xidmət" mərkəzi açılacaq.

Bunu “Trend”ə  Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbəri Ülvi Mehdiyev deyib.

Ü.Mehdiyevin sözlərinə görə, mərkəzlər Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndə açılacaq:

“Beləliklə, mərkəzlərin sayı 20-yə çatacaq və ölkənin böyük hissəsini əhatə edəcək. Hazırda həmin rayonlarda tikinti işləri davam edir. Mərkəzlərin bu ilin ikinci yarısında istifadəyə veriləcəyi gözlənilir”.

Ü.Mehdiyev əlavə edib ki, "ASAN Xidmət"ə alternativ xidmətlər ləğv olunub və bu da onu ifadə edir ki, dövlət orqanları öz xidmətlərini "ASAN Xidmət" vasitəsilə göstərəcək:

”Əhatə dairəsi kifayət qədər genişdir. Gələcəkdə tələbat yaranarsa, biz digər, yeni növ xidmətlər də göstərməyə hazır olacağıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir