Modern.az

Almaniya müdafiə xərclərini artırır

Almaniya müdafiə xərclərini artırır

15 Fevral 2019, 20:29

Almaniya hökuməti müdafiə xərclərini artırır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hökumət hərbi xərcləri Ümumi Daxili Məhsulun 2 faizi səviyyəsinə çatdırmağı qarşıya məqsəd qoyub.

 

Məlumata görə, ölkənin müdafiə naziri Ursula fon der Leyen Münhen Təhlükəsizlik Konfransında bildirib ki, avropalılar tərəziyə daha çox yük qoymalıdır: “Almaniya hökumətinin NATO-ya vəd etdiyi, bizim koalisiya sazişimizdə təsbit olunduğu kimi, müdafiə xərclərimizi 2 faiz səviyyəsinə çatdırmaq məqsədinə doğru irəliləyirik”.

 

Qeyd edək ki, bu gün Münhendə illik beynəlxalq təhlükəsizlik konfransı açılıb. Budəfəki konfransın daha çox ABŞ Prezidenti Donald Tramp tərəfindən dəfələrlə irəli sürülən tələbə baxmayaraq, müdafiə xərclərini ÜDM-in 2 faizi səviyyəsinə çatdırmadıqları üçün ABŞ-nın NATO-dakı tərəfdaşlarına qarşı sərt tənqidlərlə yadda qalacağı güman edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!