Modern.az

ABŞ bu ölkəyə qarşı sanksiyaları sərtləşdirir

ABŞ bu ölkəyə qarşı sanksiyaları sərtləşdirir

15 Fevral 2019, 21:11

ABŞ hökuməti Venesuelaya qarşı sanksiyaları sərtləşdirir.  Modern.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ hökuməti sanksiyalar siyahısına Venesuelanın daha 5 vətəndaşının adlarını əlavə edib.

Məlumata görə, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

 

Həmin şəxslər arasında “Petroleos de Venezuela” (PDVSA) dövlət neft-qaz şirkətinin rəhbəri Manuel Quevedo, Xüsusi Təyinatlı Milli Bolivariana Polisinin (FAES – Força de Açao Especial da Policia Nacional Bolivariana) rəhbəri Rafael Bastardo, habelə kəşfiyyat idarəsinin 3 nəfər yüksək rütbəli nümayəndəsi var.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir