Arxiv
15 Fervral 2019, 23:04 | ÖLKƏ
Nazirlikdən sosial müavinətlərlə bağlı İTTİHAMLARA cavab  

“Təkcə son bir ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil, ümumilikdə isə 6 654 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilmiş və cari ildə azı 800 mənzilin verilməsi nəzərdə tutulub. Eyni zamanda müharibə əlillərinə 265 ədəd, ümumilikdə isə 6 144 avtomobil təqdim edilmişdir. Dövlət başçısının müvafiq Fərmanları ilə 12 268 şəhidin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulan və onlardan artıq 3 758 şəhid üzrə 5 144 vərəsəyə həmin ödənişlər həyata keçirilib”. Modern.az xəbər verir ki, bu fikirlər son günlər sosial şəbəkələrdə müharibə veteranlarına sosial müavinətlərin verilməsində ədalətsiz yanaşmanın mövcudluğu barədə səslənən əsassız fikirlərə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi açıqlamasında əksini tapıb.

 

Məlumatda daha sonra bildirilir ki, müharibə əlilləri və şəhid ailələri pensiya və ya sosial müavinətlə bərabər, Prezidentin aylıq təqaüdləri ilə də təmin olunmaqdadırlar: “Ötən dövrdə bu sosial ödənişlərin məbləği mütəmadi olaraq artırılıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 30 yanvar tarixli bu sahədə olan son Fərmanı ilə şəhid ailəsi üçün Prezidentin təqaüdünün aylıq məbləği 58 manat artırılaraq 300 manat məbləğinə çatdırılıb.

 

Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş insanlar, bu döyüşlərdə şəhid olanların ailələri, müharibə əlilləri digər sahələrdə də dövlətin daimi qayğısı ilə təmin olunurlar. Eyni zamanda, cari ildə əmək haqları və pensiyaların əhəmiyyətli şəkildə artırılması üçün müvafiq sənədlərin imzalanması da sosial sahəyə Dövlətin və Dövlət Başçısının xüsusi qayğısının əyani təzahürüdür.

 

Bununla belə, dəfələrlə bu istiqamətdə məlumat və izahat verilməsinə baxmayaraq son günlər sosial şəbəkələrdə və ayrı-ayrı media orqanlarda yuxarıda sadalanan görülmüş işlərə kölgə salınaraq, guya müharibə veteranlarına ədalətsiz yanaşmanın mövcud olduğu barədə cəmiyyətdə yanlış rəy yaratmağa yönələn fikirlər səslənməkdədir.

 

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanına əsasən, aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə bəzi kateqoriya vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlər müvafiq müavinətlərlə əvəz edilmişdir. 

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 2005-ci il 11 iyul tarixli 257 nömrəli Fərmanına əsasən, əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müavinət təyin edilib. Onu da bildiririk ki, hal-hazırda müavinətin məbləği 55 manat təşkil etməklə 52 000 nəfər şəxsə aylıq əsaslarla  “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli 1.1.7-ci yarımbəndinə uyğun olaraq ödənilməkdədir.

 

2007-ci il 22 yanvar tarixli 514 nömrəli “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanın 3-cü bəndində 2001-ci il 26 dekabr tarixli Fərmanın 1-ci bəndinin 6-cı abzası qüvvədən düşmüş hesab edilib.

 

2006-cı ilin yanvar ayının 1-dən qüvvəyə minmiş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.6-cı maddəsinə əsasən, kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası almaq hüququ olmadıqda təyin olunur.

 

Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1.6-cı maddəsinə əsasən, döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuların əmək pensiyasının sığorta hissəsinə 11 manat məbləğində əlavə nəzərdə tutulub”.

 

Nazirliyin açıqlamasında daha sonra bildirilir ki, son zamanlar ölkənin sosial-iqtisadi inkişaf imkanlarına uyğun olaraq bu sahədə qanunvericilik ciddi şəkildə təhlil olunaraq, sosial müavinətlərin unifikasiyası və təkmilləşdirilməsi yönündə müvafiq işlər görülüb: “Bu prosesin davam etdirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi üzrə islahatların aparılması qarşıdakı dövrdə də nəzərdə tutulub. Son olaraq, vətənpərvərliyini, dövlətçiliyə sadiqliyini keçdikləri həyat yolu ilə sübut etmiş Qarabağ müharibəsi veteranlarını, əsassız iddialar üzərində hökumətə qarşı mənfi fikirlərə kökləyən, açıq şəkildə etiraza təhrik edən bəzi şəxslərə bu cəhdlərindən uzaq olmağı, dövlət qurumlarına qarşı qeyri-etik davranışlardan çəkinməyi tövsiyə edir, ölkə rəhbərinin başçılığı altında Hökümətin gördüyü işlərə kölgə salmağın, eyni zamanda vətənə sevginin təkcə maddi meyarlarla ölçülməsinin yol verilməz olduğunu onların diqqətinə çatdırırıq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
1000-dən çox sərnişin 3 saat metro tunelində qaldı 22 May 2019, 00:47 Zelenski biznes ortağını özünə köməkçi təyin etdi 22 May 2019, 00:22 Saakaşviliyə ittiham: Həyat yoldaşını öldürmək istəyib 22 May 2019, 00:03 Azərbaycan nefti ucuzlaşıb 21 May 2019, 23:52 Azərbaycanda zəlzələ oldu 21 May 2019, 23:34 Tornado 10 saniyədə şəhəri xaraba qoydu 21 May 2019, 23:12 İstanbulda 74 FETÖ  tərəfdarı saxlanıldı 21 May 2019, 22:55 “Ermənistan idmanı siyasət alətinə çevirir” - XİN 21 May 2019, 22:37 Bakıda yeniyetmə qız itkin düşüb 21 May 2019, 22:26 ABŞ pilotsuz yük maşınlarının sınağına başladı 21 May 2019, 22:01 Bakı finalı Mxitaryansız da möhtəşəm keçəcək 21 May 2019, 21:43 Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ 21 May 2019, 21:25 Mərmərə dənizi sahillərində zəlzələ 21 May 2019, 21:11 Təbii qaz bahalaşdı 21 May 2019, 20:59 Təbriz bazarı YUNESKO siyahısından çıxarıla bilər 21 May 2019, 20:43 Ukrayna növbədənkənar parlament seçkilərinə gedir 21 May 2019, 20:31 Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb 21 May 2019, 20:15 Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izlədi - VİDEO, FOTOLAR 21 May 2019, 20:01 “Taliban”a qarşı əməliyyat: 40-dan çox silahlı məhv edildi 21 May 2019, 19:25 Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitə iclaslarında iştirak edəcək 21 May 2019, 19:12 Bakı-Sumqayıt yolunda 3 maşın toqquşdu – yaralılar var 21 May 2019, 18:54 Məmmədyarov Kolumbiyanın yeni səfirini qəbul etdi 21 May 2019, 18:43 Poroşenkoya cinayət işi açıldı 21 May 2019, 18:27 Azərbaycan-Çexiya hökumətləri arasında Qarışıq Komissiyanın tərkibində dəyişiklik edildi 21 May 2019, 18:03 Dolların məzənnəsi dəyişmədi 21 May 2019, 17:46 Nazir müavini Məhəbbət Vəliyeva təhsil şöbələrinin müdirləri ilə görüşdü 21 May 2019, 17:37 Azərbaycanda faktiki hava ŞƏRAİTİ 21 May 2019, 17:34 Ağdamda sel - 2 çoban və 500 qoyun xilas edildi 21 May 2019, 17:26 Dünya mediası azərbaycanlı rəssamdan yazır 21 May 2019, 17:20 Azərbaycanın turizm potensialı haqda beynəlxalq konfrans keçiriləcək 21 May 2019, 17:13 50 milyon "İnstagram" istifadəçisinin məlumatları internetə sızdı 21 May 2019, 17:06 Qazaxda ölü heyvan satışının qarşısı alındı - FOTO   21 May 2019, 17:05 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi   21 May 2019, 17:00 Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanıldı 21 May 2019, 16:50 Bakı Meriyası vətəndaşların “Torqovı”ya buraxılmayacağı xəbərini TƏKZİB ETDİ 21 May 2019, 16:47