Modern.az

Silahlı hücumda 66 nəfər öldürüldü

Silahlı hücumda 66 nəfər öldürüldü

16 Fevral 2019, 00:16

Nigeriyanın Kaduna əyalətində prezident seçkiləri öncəsi təşkil olunan silahlı hücumlar nəticəsində 66 nəfər həlak olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Əyalət Mətbuat Katibi Samuel Aruvan jurnalistlərə verdiyi açıqlamada silahlı hücumu edənlərin kimliyinin hələ məlum olmadığını deyib.

 

Faktla bağlı cinayət işi açıldığını söyləyən S.Aruvan, xalqı təmkinli davranmağa çağırıb.

 

Qeyd edək ki, Nigeriyada sabah keçiriləcək seçkidə Bütün Qabaqcıllar Konqresinin sədri Məhəmməd Buxari və Xalqın Demokratik Partiyasının sədri Abubakar ən güclü namizədlər hesab edilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?