Modern.az

Şəmkirdə 26 yaşlı gənc bıçaqlandı

Şəmkirdə 26 yaşlı gənc bıçaqlandı

16 Fevral 2019, 00:36

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Könüllü kəndində baş verib. 1993-cü il təvəllüdlü Kənan Qərib oğlu Məmmədov tanışı ilə mübahisə zamanı 2 bıçaq yarası alıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

 

Qeyd edək ki, K.Məmmədovun da mübahisə etdiyi şəxsə xəsarət yetirdiyi bildirilir.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir