Arxiv
16 Fervral 2019, 13:49 | AKTUAL
Vüqar Hüseynov: “Fermerlərin siyahıları dəqiqləşdirilir, texniki hazırlıq işləri başa çatıb”

“Hazırda Quba rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərin siyahıları dəqiqləşdirilir. Eyni zamanda fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə məlumatların daxil edilməsində məsləhət-informasiya xidməti göstərəcək təlimçilər qrupu formalaşdırılır”.

 

Modern.az xəbər verir ki, bu açıqlamanı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqinə hazırlıq işləri barədə sualı cavablandırarkən deyib.

 

Nazirlik rəsmisi bildirib ki, pilot layihə olaraq seçilmiş rayonlarda fermerlərin əkin sahələri, əkilmiş və ya əkiləcək məhsul, məhsuldarlıqla bağlı proqnozlara dair məlumatların EKTİS-ə daxil edilməsi üçün texniki hazırlıq işləri başa çatıb: “Fermerlərə öz məlumatlarını sistemə daxil etməkdə Aqrar İnkişaf Könüllüləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, nazirliyin İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin nümayəndələri kömək edəcəklər.

 

İlkin olaraq Quba rayonunda fermerlərə bu xidmətlərin göstərilməsi üçün səyyar məntəqələr formalaşdırılacaq. Paralel olaraq Səyyar ASAN Xidmət avtobusları kəndlərə gedərək fermerlərin məlumat bazasının formalaşdırılması işinə yardım edəcəklər. Təlimçilər artıq müvafiq texniki avadanlıqlarla təchiz olunublar. Əsas məqsədimiz fermerləri yeni istifadəyə verilmiş sistem barədə maarifləndirməkdir. Bu proses uğurla başa çatdıqdan sonra fermerlərimiz artıq EKTİS-də müstəqil şəkildə özlərinə şəxsi kabinet yarada, məlumatları sistemə daxil edə biləcəklər”.

 

Vüqar Hüseynov qeyd edib ki, analoji işlər paralel olaraq Şəkidə də aparılacaq: “Hələlik pilot olaraq iki rayon seçilib. İşləri ən qısa müddətdə başa çatdırmaq, bu iki rayonda topladığımız təcrübəni Azərbaycanın bütün bölgələrində tətbiq etmək niyyətindəyik. Yeni sistem fermerlərə elektron xidmətlərin göstərilməsini son dərəcə asanlaşdırır. Gələcəkdə subsidiyaların verilməsi də EKTİS üzərindən gerçəkləşdiriləcək, bu mənada fermerlərin məlumatlarının bazaya sürətli daxil edilməsində, xidmətlərin elektron sistemə sürətli inteqrasiyasında həm nazirlik, həm də fermerlər maraqlıdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşviliyə ittiham: Həyat yoldaşını öldürmək istəyib 22 May 2019, 00:03 Azərbaycan nefti ucuzlaşıb 21 May 2019, 23:52 Azərbaycanda zəlzələ oldu 21 May 2019, 23:34 Tornado 10 saniyədə şəhəri xaraba qoydu 21 May 2019, 23:12 İstanbulda 74 FETÖ  tərəfdarı saxlanıldı 21 May 2019, 22:55 “Ermənistan idmanı siyasət alətinə çevirir” - XİN 21 May 2019, 22:37 Bakıda yeniyetmə qız itkin düşüb 21 May 2019, 22:26 ABŞ pilotsuz yük maşınlarının sınağına başladı 21 May 2019, 22:01 Bakı finalı Mxitaryansız da möhtəşəm keçəcək 21 May 2019, 21:43 Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ 21 May 2019, 21:25 Mərmərə dənizi sahillərində zəlzələ 21 May 2019, 21:11 Təbii qaz bahalaşdı 21 May 2019, 20:59 Təbriz bazarı YUNESKO siyahısından çıxarıla bilər 21 May 2019, 20:43 Ukrayna növbədənkənar parlament seçkilərinə gedir 21 May 2019, 20:31 Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb 21 May 2019, 20:15 Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izlədi - VİDEO, FOTOLAR 21 May 2019, 20:01 “Taliban”a qarşı əməliyyat: 40-dan çox silahlı məhv edildi 21 May 2019, 19:25 Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitə iclaslarında iştirak edəcək 21 May 2019, 19:12 Bakı-Sumqayıt yolunda 3 maşın toqquşdu – yaralılar var 21 May 2019, 18:54 Məmmədyarov Kolumbiyanın yeni səfirini qəbul etdi 21 May 2019, 18:43 Poroşenkoya cinayət işi açıldı 21 May 2019, 18:27 Azərbaycan-Çexiya hökumətləri arasında Qarışıq Komissiyanın tərkibində dəyişiklik edildi 21 May 2019, 18:03 Dolların məzənnəsi dəyişmədi 21 May 2019, 17:46 Nazir müavini Məhəbbət Vəliyeva təhsil şöbələrinin müdirləri ilə görüşdü 21 May 2019, 17:37 Azərbaycanda faktiki hava ŞƏRAİTİ 21 May 2019, 17:34 Ağdamda sel - 2 çoban və 500 qoyun xilas edildi 21 May 2019, 17:26 Dünya mediası azərbaycanlı rəssamdan yazır 21 May 2019, 17:20 Azərbaycanın turizm potensialı haqda beynəlxalq konfrans keçiriləcək 21 May 2019, 17:13 50 milyon "İnstagram" istifadəçisinin məlumatları internetə sızdı 21 May 2019, 17:06 Qazaxda ölü heyvan satışının qarşısı alındı - FOTO   21 May 2019, 17:05 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi   21 May 2019, 17:00 Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanıldı 21 May 2019, 16:50 Bakı Meriyası vətəndaşların “Torqovı”ya buraxılmayacağı xəbərini TƏKZİB ETDİ 21 May 2019, 16:47 Nazirlik: Şəhərin mərkəzi küçələrinə giriş qadağası yoxdur 21 May 2019, 16:45 “Qartal yuvası” təqdim olundu 21 May 2019, 16:44