Modern.az

Cəlilabadda daşqın:  Kənd qəbiristanlığı su altında qaldı

Cəlilabadda daşqın:  Kənd qəbiristanlığı su altında qaldı

17 Fevral 2019, 00:57

Cəlilabad rayonunda ötən gün yağan intensiv yağış çayın daşmasına səbəb olub. Modern.az "Report"a istinadən xəbər verir ki, təbiət hadisəsi rayonun Sabirabad kəndində baş verib.

 

Belə ki, axşam saatlarında kənd yaxınlığından keçən Qarayar çayı məcrasından çıxaraq ətraf ərazilərdə olan evlərin həyət və zirzəmisini basıb. Çay suları həyətyanı təssərüfata da ziyan vurub, həmçinin kənd qəbiristanlığı da su altında qalıb.

 

Hazırda təbiət hadisənin nəticələri aradan qaldırılır və əraziyə texnikalar cəlb edilib.

 

Qeyd edək ki, əvvələr də intensiv yağıntılar zamanı bu çay dəfələrlə daşıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı