Arxiv
17 Fervral 2019, 14:12 | AKTUAL
“Azərbaycanlıları məyus olmamağa çağırıram” - Nazirdən növbəti açıqlama

"Hər hansı bir cinayət hadisəsini, xuliqanlığı sosial şəbəkələrdə hansı formada şərh edilməsindən asılı olmayaraq yaymaq istəyənlər çeçen və Azərbaycan xalqlarının əlaqələrini, dostluq və qardaşlıq münasibətlərini poza bilməz. Bu, qeyri mümkündür. Bu əlaqələr yüzilliklərə söykənir"

 

Modern.az xəbər verir ki, bu fikirləri Çeçenistanın mətbuat və informasiya naziri Cambulat Umarov bildirib. O deyib: “Qardaş Azərbaycan xalqını salamlayıram. Böyük qürurla qeyd etmək istəyirəm ki, çeçen xalqı beynəlxalq terrorçuların yaratdığı fitnəni, çeçenlərin həlak olduğu zaman Azərbaycanın bizə açdığı isti qardaşlıq qucağını heç vaxt unutmayacaq. Moskva və başqa yerlərdə kriminal hadisələr baş verən zaman onların məqsədi mənəvi inkişafın, mədəniyyətin nümayişi deyil. Onların məqsədi pul qazanmaq hərisliyi, insanları cinayətkarlığa sövq etməkdir.

 

Çeçen və Azərbaycan xalqları böyük sivilizasiyanın, böyük mədəniyyətin davamçılarıdır. Bu zənginlik atadan oğula, oğuldan nəvəyə ötürülə-ötürülə indiki möhkəm qardaşlıq və dostluq əlaqələrinə çevrilib. Hər hansı bir cinayət hadisəsini, xuliqanlığı sosial şəbəkələrdə hansı formada şərh edilməsindən asılı olmayaraq yaymaq istəyənlər çeçen və Azərbaycan xalqlarının əlaqələrini, dostluq və qardaşlıq münasibətlərini poza bilməz. Bu, qeyri mümkündür. Bu əlaqələr yüzilliklərə söykənir. Biz ulu öndər Heydər Əliyevin və böyük Əhməd Hacı Kadırovun davamçılarıyıq. Biz düşmənçilik kimi bir ayıb əmələ yol verə bilmərik. Biz müasir, mədəni xalqlarıq. Qeydə alınan xırda narazılıqları münaqişələrlə deyil, atalarımızın bizə miras qoyduğu kimi çay süfrəsi arxasında həll etmişik. Mən azərbaycanlıları və çeçenləri müqəddəs “Qurani Kərim”də deyildiyi kimi, məyus olmamağa çağırıram. Bu narazılığın yeganə çıxış yolu qardaşca görüşmək, bir-birini anlamaq və hörmət etməkdir. Bu, bizim əcdadlarımızdan qalan bir mirasdır. Azərbaycan və Çeçenistan respublikalarına sülh arzulayıram”. 



Xatırladaq ki, fevralın 14-də Moskvada "Neolit" kafesinin yanında silahlı münaqişə baş verib. Hadisə yerinə gələn polis dava iştirakçılarından 18 nəfəri tutub. (AzərTAc)

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşviliyə ittiham: Həyat yoldaşını öldürmək istəyib 22 May 2019, 00:03 Azərbaycan nefti ucuzlaşıb 21 May 2019, 23:52 Azərbaycanda zəlzələ oldu 21 May 2019, 23:34 Tornado 10 saniyədə şəhəri xaraba qoydu 21 May 2019, 23:12 İstanbulda 74 FETÖ  tərəfdarı saxlanıldı 21 May 2019, 22:55 “Ermənistan idmanı siyasət alətinə çevirir” - XİN 21 May 2019, 22:37 Bakıda yeniyetmə qız itkin düşüb 21 May 2019, 22:26 ABŞ pilotsuz yük maşınlarının sınağına başladı 21 May 2019, 22:01 Bakı finalı Mxitaryansız da möhtəşəm keçəcək 21 May 2019, 21:43 Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ 21 May 2019, 21:25 Mərmərə dənizi sahillərində zəlzələ 21 May 2019, 21:11 Təbii qaz bahalaşdı 21 May 2019, 20:59 Təbriz bazarı YUNESKO siyahısından çıxarıla bilər 21 May 2019, 20:43 Ukrayna növbədənkənar parlament seçkilərinə gedir 21 May 2019, 20:31 Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb 21 May 2019, 20:15 Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izlədi - VİDEO, FOTOLAR 21 May 2019, 20:01 “Taliban”a qarşı əməliyyat: 40-dan çox silahlı məhv edildi 21 May 2019, 19:25 Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitə iclaslarında iştirak edəcək 21 May 2019, 19:12 Bakı-Sumqayıt yolunda 3 maşın toqquşdu – yaralılar var 21 May 2019, 18:54 Məmmədyarov Kolumbiyanın yeni səfirini qəbul etdi 21 May 2019, 18:43 Poroşenkoya cinayət işi açıldı 21 May 2019, 18:27 Azərbaycan-Çexiya hökumətləri arasında Qarışıq Komissiyanın tərkibində dəyişiklik edildi 21 May 2019, 18:03 Dolların məzənnəsi dəyişmədi 21 May 2019, 17:46 Nazir müavini Məhəbbət Vəliyeva təhsil şöbələrinin müdirləri ilə görüşdü 21 May 2019, 17:37 Azərbaycanda faktiki hava ŞƏRAİTİ 21 May 2019, 17:34 Ağdamda sel - 2 çoban və 500 qoyun xilas edildi 21 May 2019, 17:26 Dünya mediası azərbaycanlı rəssamdan yazır 21 May 2019, 17:20 Azərbaycanın turizm potensialı haqda beynəlxalq konfrans keçiriləcək 21 May 2019, 17:13 50 milyon "İnstagram" istifadəçisinin məlumatları internetə sızdı 21 May 2019, 17:06 Qazaxda ölü heyvan satışının qarşısı alındı - FOTO   21 May 2019, 17:05 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi   21 May 2019, 17:00 Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanıldı 21 May 2019, 16:50 Bakı Meriyası vətəndaşların “Torqovı”ya buraxılmayacağı xəbərini TƏKZİB ETDİ 21 May 2019, 16:47 Nazirlik: Şəhərin mərkəzi küçələrinə giriş qadağası yoxdur 21 May 2019, 16:45 “Qartal yuvası” təqdim olundu 21 May 2019, 16:44