Arxiv
17 Fervral 2019, 20:16 | AKTUAL
“Neolit”dəki qarşıdurmaya görə tanınmış bloqer saxlanıldı

Azərbaycan və Çeçenistan vətəndaşları arasında Moskvadakı "Neolit" kafesində fevralın 14-də baş verən kütləvi dava işi üzrə məşhur islam bloqeri Əlibəy Mirzəxanov saxlanılıb. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, onun İnstaqram səhifəsinin 100 mindən çox abunəçisi var.

 

Ə.Mirzəxanovun qardaşı bildirib ki, təxminən 20 polis əməkdaşı Əlibəyin yaşadığı mənzilə girib və onu yerə uzadaraq döyüblər. Onlar mənzili axtarıb, bütün avadanlıqları ələ keçiriblər, sonra isə tutulan şəxsləri naməlum istiqamətə aparıblar.

 

Mirzəxanovun qohumlarına verilən qərarda bildirilib ki, o, "bir qrup şəxs tərəfindən qabaqcadan hazırlanmış fitnə-fəsadda" şübhəli bilinir. Saxlanılanın yaxınları iddia edirlər ki, Əlibəy "Neolit" kafesindəki davada iştirak etməyib, onlar onunla bağlı axtarışın əsaslandırıldığı səbəbi “uydurma və formal" adlandırıblar.

 

Mirzəxanovun yeri, demək olar ki, bir gün məlum olmayıb. O yalnız fevralın 17-də gecə zəng edib və bildirib ki, “Peçatniki” polis şöbəsindədir, vəziyyəti çox pisdir və xahiş edib ki, onun üçün vəkil tutsunlar.

 

Bununla belə, adıçəkilən polis şöbəsindən "Dojd" telekanalı müxbirinin zənginə cavab verərək bildiriblər ki, onlarda Mirzəxanov soyadlı saxlanılan yoxdur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
1000-dən çox sərnişin 3 saat metro tunelində qaldı 22 May 2019, 00:47 Zelenski biznes ortağını özünə köməkçi təyin etdi 22 May 2019, 00:22 Saakaşviliyə ittiham: Həyat yoldaşını öldürmək istəyib 22 May 2019, 00:03 Azərbaycan nefti ucuzlaşıb 21 May 2019, 23:52 Azərbaycanda zəlzələ oldu 21 May 2019, 23:34 Tornado 10 saniyədə şəhəri xaraba qoydu 21 May 2019, 23:12 İstanbulda 74 FETÖ  tərəfdarı saxlanıldı 21 May 2019, 22:55 “Ermənistan idmanı siyasət alətinə çevirir” - XİN 21 May 2019, 22:37 Bakıda yeniyetmə qız itkin düşüb 21 May 2019, 22:26 ABŞ pilotsuz yük maşınlarının sınağına başladı 21 May 2019, 22:01 Bakı finalı Mxitaryansız da möhtəşəm keçəcək 21 May 2019, 21:43 Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ 21 May 2019, 21:25 Mərmərə dənizi sahillərində zəlzələ 21 May 2019, 21:11 Təbii qaz bahalaşdı 21 May 2019, 20:59 Təbriz bazarı YUNESKO siyahısından çıxarıla bilər 21 May 2019, 20:43 Ukrayna növbədənkənar parlament seçkilərinə gedir 21 May 2019, 20:31 Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb 21 May 2019, 20:15 Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izlədi - VİDEO, FOTOLAR 21 May 2019, 20:01 “Taliban”a qarşı əməliyyat: 40-dan çox silahlı məhv edildi 21 May 2019, 19:25 Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitə iclaslarında iştirak edəcək 21 May 2019, 19:12 Bakı-Sumqayıt yolunda 3 maşın toqquşdu – yaralılar var 21 May 2019, 18:54 Məmmədyarov Kolumbiyanın yeni səfirini qəbul etdi 21 May 2019, 18:43 Poroşenkoya cinayət işi açıldı 21 May 2019, 18:27 Azərbaycan-Çexiya hökumətləri arasında Qarışıq Komissiyanın tərkibində dəyişiklik edildi 21 May 2019, 18:03 Dolların məzənnəsi dəyişmədi 21 May 2019, 17:46 Nazir müavini Məhəbbət Vəliyeva təhsil şöbələrinin müdirləri ilə görüşdü 21 May 2019, 17:37 Azərbaycanda faktiki hava ŞƏRAİTİ 21 May 2019, 17:34 Ağdamda sel - 2 çoban və 500 qoyun xilas edildi 21 May 2019, 17:26 Dünya mediası azərbaycanlı rəssamdan yazır 21 May 2019, 17:20 Azərbaycanın turizm potensialı haqda beynəlxalq konfrans keçiriləcək 21 May 2019, 17:13 50 milyon "İnstagram" istifadəçisinin məlumatları internetə sızdı 21 May 2019, 17:06 Qazaxda ölü heyvan satışının qarşısı alındı - FOTO   21 May 2019, 17:05 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi   21 May 2019, 17:00 Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanıldı 21 May 2019, 16:50 Bakı Meriyası vətəndaşların “Torqovı”ya buraxılmayacağı xəbərini TƏKZİB ETDİ 21 May 2019, 16:47