Arxiv
18 Fervral 2019, 16:45 | AKTUAL
Nazirliyə “Uğur-2018” mükafatı verildi  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Consulting&Business” jurnalı tərəfindən “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsində əldə olunan nailiyyətlərə görə” nominasiyası üzrə “Uğur-2018” Milli Mükafatına layiq görülüb.
Modern.az xəbər verir ki, mükafat nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbova təqdim edilib.


Tədbirdə bildirilib ki, mükafatın əsas məqsədi uğurlu iş təcrübələri ilə seçilən qurumların, şirkətlərin nailiyyətlərini qiymətləndirmək və cəmiyyətin diqqətinə çatdırmaqdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Uğur-2018”Milli Mükafatına layiq görülməsinin əsasında 2018-ci ildə nazirliyin həyata keçirdiyi mühüm sosial müdafiə və aktiv məşğulluq tədbirləri, əhaliyə xidmətllərin müasir iş prinsiplərinə uyğun və şəffaf təşkili üçün aparılan islahatlar dayanır.


F.Talıbov Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, nazirlik tərəfindən əmək, məşğulluq, sosial müdafiə sahələrində şəffaflıq və sosial ədalət, innovativ yanaşma prinsiplərinin təmin olunmasına yönələn geniş miqyaslı islahatlar proqramı, sosial müdafiə və aktiv məşğulluq tədbirləri barədə məlumat verib. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Uğur-2018” Milli Mükafatına layiq görülməsinə görə ““Consulting&Business” jurnalının İdarə Heyətinə minnətdarlığını ifadə edib.


Tədbirdə Nazirliyin 2018-ci ildə həyata keçirdiyi islahatlara və əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həssas qrupların rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü işləri əks etdirən videoçarx nümayiş olunub. Qeyd edilib ki, dövlət sosial xidmətləri sahəsində yeni keyfiyyət mərhələsinə keçidi təmin edən mühüm bir layihənin - nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və  “DOST” mərkəzlərinin yaradılmasına başlanması 2018-ci ilin mühüm uğurlarındandır.

“Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı əsasında və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olaraq reallaşdırılan DOST layihəsi dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində, vahid platformadan “bir pəncərə”dən göstərilməsinə, ölkəmizin bu sahədə yeni brendinin formalaşmasına imkan verəcək.


Ötən il nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil, ümumilikdə indiyədək 6654 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib, cari ildə azı 800 mənzil həmin kateqoriyadan olanlara veriləcək. Həmçinin ötən il Qarabağ müharibəsi əlillərinə 265 minik avtomobil, ötən dövrdə 6144 avtomobil  verilib.


Cənab Prezidentin humanist təşəbbüsü ilə şəhid vərəsələrinə 11 min manat birdəfəlik ödəmənin verilməsinə başlanması 2018-ci ilin mühüm sosial önəm kəsb edən tədbirlərindən biri olub. 12268 şəhiddən artıq 3758 şəhid üzrə 5144 vərəsəyə birdəfəlik ödəmə verilib və bu proses cari il ərzində başa çatacaq. Dövlət başçısının 30 yanvar 2019-cu il tarixli Fərmanı ilə şəhid ailəsi üçün Prezidentin təqaüdünün aylıq məbləğinin 58 manat artırılaraq 2019-cu il fevralın 1-dən 300 manata çatdırılması da həmin ailələrə yüksək qayğının təzahürü olub.


Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə icra olunan özünüməşğulluq proqramının əhatə dairəsi ötən il 6,5 dəfə genişləndirilərək 7,3 minə yaxın aztəminatlı ailəni əhatə edib. Onlardan artıq 5800-ü aktivlərlə (mal və materiallarla) təmin olunaraq kiçik biznesə çıxış imkanı əldə edib. 2019-cu ildə daha 7-8 min aztəminatlı  ailə bu proqrama cəlb olunacaq.


Dövlət başçısının təşəbbüsü ilə hazırlanaraq cari ilin əvvəlindən icrasına başlanan ”İşsizin DOSTu” proqramı 30 min işsiz və işaxtaran şəxsin əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təminatına imkan verib. Onlardan artıq 25 mindən çoxu ictimai-faydalı xarakter daşıyan işlərlə təmin olunub. Prezident cənab İlham Əliyevin tapşırığı ilə nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən pensiya təyinatının avtomatlaşdırılmış infrastrukturu fəaliyyət göstərir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşviliyə ittiham: Həyat yoldaşını öldürmək istəyib 22 May 2019, 00:03 Azərbaycan nefti ucuzlaşıb 21 May 2019, 23:52 Azərbaycanda zəlzələ oldu 21 May 2019, 23:34 Tornado 10 saniyədə şəhəri xaraba qoydu 21 May 2019, 23:12 İstanbulda 74 FETÖ  tərəfdarı saxlanıldı 21 May 2019, 22:55 “Ermənistan idmanı siyasət alətinə çevirir” - XİN 21 May 2019, 22:37 Bakıda yeniyetmə qız itkin düşüb 21 May 2019, 22:26 ABŞ pilotsuz yük maşınlarının sınağına başladı 21 May 2019, 22:01 Bakı finalı Mxitaryansız da möhtəşəm keçəcək 21 May 2019, 21:43 Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ 21 May 2019, 21:25 Mərmərə dənizi sahillərində zəlzələ 21 May 2019, 21:11 Təbii qaz bahalaşdı 21 May 2019, 20:59 Təbriz bazarı YUNESKO siyahısından çıxarıla bilər 21 May 2019, 20:43 Ukrayna növbədənkənar parlament seçkilərinə gedir 21 May 2019, 20:31 Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb 21 May 2019, 20:15 Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izlədi - VİDEO, FOTOLAR 21 May 2019, 20:01 “Taliban”a qarşı əməliyyat: 40-dan çox silahlı məhv edildi 21 May 2019, 19:25 Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitə iclaslarında iştirak edəcək 21 May 2019, 19:12 Bakı-Sumqayıt yolunda 3 maşın toqquşdu – yaralılar var 21 May 2019, 18:54 Məmmədyarov Kolumbiyanın yeni səfirini qəbul etdi 21 May 2019, 18:43 Poroşenkoya cinayət işi açıldı 21 May 2019, 18:27 Azərbaycan-Çexiya hökumətləri arasında Qarışıq Komissiyanın tərkibində dəyişiklik edildi 21 May 2019, 18:03 Dolların məzənnəsi dəyişmədi 21 May 2019, 17:46 Nazir müavini Məhəbbət Vəliyeva təhsil şöbələrinin müdirləri ilə görüşdü 21 May 2019, 17:37 Azərbaycanda faktiki hava ŞƏRAİTİ 21 May 2019, 17:34 Ağdamda sel - 2 çoban və 500 qoyun xilas edildi 21 May 2019, 17:26 Dünya mediası azərbaycanlı rəssamdan yazır 21 May 2019, 17:20 Azərbaycanın turizm potensialı haqda beynəlxalq konfrans keçiriləcək 21 May 2019, 17:13 50 milyon "İnstagram" istifadəçisinin məlumatları internetə sızdı 21 May 2019, 17:06 Qazaxda ölü heyvan satışının qarşısı alındı - FOTO   21 May 2019, 17:05 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi   21 May 2019, 17:00 Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanıldı 21 May 2019, 16:50 Bakı Meriyası vətəndaşların “Torqovı”ya buraxılmayacağı xəbərini TƏKZİB ETDİ 21 May 2019, 16:47 Nazirlik: Şəhərin mərkəzi küçələrinə giriş qadağası yoxdur 21 May 2019, 16:45 “Qartal yuvası” təqdim olundu 21 May 2019, 16:44