Arxiv
18 Fervral 2019, 18:15 | AKTUAL
İlk verilişin ilk təəssüratı

Mülatif Adurov,
Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü,
veteran telejurnalist


Son zamanlar İctimai Televiziya bir sıra yeni verilişlərlə tamaşaçılarının rəğbətini qazanmaqdadır. Görünür, kanalın rəhbərliyi geniş tamaşaçı auditoriyasını əldə saxlamaq üçün yeni-yeni axtarışlar yolundadır. Təzə kadrların gətirilməsi, müasir texniki vasitələrin geniş tətbiqi və s. də bu qəbildəndir.


Vaxtilə AzTV-də xəbər aparıcısı kimi fəaliyyət göstərmiş Vüsala Səidin bu kanala gəlişi də bir yenilik oldu. Onun layihəsi əsasında ekran təcəssümü tapmış “itvtech” verilişi müasir texnologiyaların tətbiqinin reallaşdırılmasında xüsusi rol oynayır.


Onu da qeyd etmək istəyirəm ki, Vüsalə Səid bu kanala gəlməzdən əvvəl Türkiyənin paytaxtı Ankarada xəbər aparıcıları yetişdirmək üzrə mütəxəssis kimi dəvət almışdı. Bu fəaliyyəti uğurlu alınsa da həmyerlimiz daha baxımlı layihələrə imza atmağa cəhdlər göstərdi, türk həmkarları ilə birlikdə baxımlı layihələr üzərində işlədi.


İctimai Televiziyada isə ötən şənbə günü onun ideyası əsasında “Azərbaycanın dostları” verilişi baş tutdu və mən deyərdim ki, bu, çox uğurlu başlanğıc oldu. Bəzi şirkətlərin reklam kimi öz kanallarına verdikləri ad – “Baxdıqca baxılır” adı elə bil bu verilişə biçilmişdi: həqiqətən veriliş baxdıqca baxılırdı.


Uzun müddətli telejurnalistik fəaliyyətimdə bir ilkin şahidi oldum: bəlkə də səhv edirəm, amma birinci dəfə idi ki, verilişin aparıcısı öz qonağını binanın qapısı önündə qarşılayıb səliqə-sahmanlı foyelərdə gəzdirib  veriliş üçün nəzərdə tutulmuş məkana gətirdi. Müasir dəbdə geyinmiş, aristokrat xanım yeni imicində çox cazibədar görünən Vüsalə xanım bəsit tərtibatlı studiyada bir daha qonaöını salamladı. Qonaq isə kim olsa yaxşıdır? Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu! Çox uğulu seçim idi, sözün əsl mənasında bu veriliş üçün son dərəcə əlverişli, dərrakəli, mütərəqqi düşüncəli  sima idi. Yalşın Topçu Azərbaycana, xalqımıza həddən artıq bağlı bir insandır. Elə buna görə də ...



Onun türkçə səlis danışığına, dünyagörüşünə heyranlıqla qulaq asırdım. Yaddaşına, iki ölkənin dahi şəxsiyyətlərinin – Mustafa Kamal Atatürkün, ulu öndər Heydər Əliyevin ideyalarını necə dəyərləndirdiyini, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın qardşlığına dair konkret misalların, Bakı haqqında təəssüratını alüdəçiliklə dinləyirdim, bir dövlət iki millətin uğurlarına vurğunluğumu gizlədə bilmirdim. Aparıcının isə bir üstünlüyü də məni valeh etmişdi:müsahibini təmkinlə dinləmək bacarığı. Bu hər aparıcıya nəsib olmur. Axı, aparıcının belə nəcib davranışı müsahibinə sərbəstlik veməklə onun fikirlərini dolğun çatdırmağa şərait yaradır.


Bir sözlə, verilişin qonağı da, aparıcısı da təxminən 40 dəqiqə tamaşaçını bir anlığa belə ekrandan ayırmağa imkan vermədi. Məntiqi suallar, əhatəli cavablar sanki tamaşaçıları tilsimə salmışdı, heç tərcüməyə də ehtiyac yox idi. Amma neyləyəsən ki, bizim ekranlarda əcnəbi dildə veriliş səsləndirilmir, belə bir qərar var. Yəqin ki, bu qayda qardaş dilə tətbiq edilməyəcək, istəyimizlə olacaq. Gözləyək, inşallah!


Verilişin sonunda hörmətli qonağa üzərində “Bir millət iki dövlət” sözləri həkk olunmuş tablo hədiyyə edildi. Yalçın Topçu bundan hədsiz duyğulandı, gözlərini nə tablodan, nə studiyadan çəkə bilmirdi, sanki məkandan ayrılmaq istəmirdi. Azərbaycanın əsil dostu bax beləcə təəssürat yaratdı.


Verilişlərin həmişə uğurlu olsun, Vüsalə! Hər şənbə günü efirdə görüşənədək!


P.S. Ad-soyadlarını titrlərdə oxuyub hafizəmdə saxlaya bilmədiyim yaradıcı heyyətə səmimi təşəkkürümü bildirirəm.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zelenski biznes ortağını özünə köməkçi təyin etdi 22 May 2019, 00:22 Saakaşviliyə ittiham: Həyat yoldaşını öldürmək istəyib 22 May 2019, 00:03 Azərbaycan nefti ucuzlaşıb 21 May 2019, 23:52 Azərbaycanda zəlzələ oldu 21 May 2019, 23:34 Tornado 10 saniyədə şəhəri xaraba qoydu 21 May 2019, 23:12 İstanbulda 74 FETÖ  tərəfdarı saxlanıldı 21 May 2019, 22:55 “Ermənistan idmanı siyasət alətinə çevirir” - XİN 21 May 2019, 22:37 Bakıda yeniyetmə qız itkin düşüb 21 May 2019, 22:26 ABŞ pilotsuz yük maşınlarının sınağına başladı 21 May 2019, 22:01 Bakı finalı Mxitaryansız da möhtəşəm keçəcək 21 May 2019, 21:43 Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ 21 May 2019, 21:25 Mərmərə dənizi sahillərində zəlzələ 21 May 2019, 21:11 Təbii qaz bahalaşdı 21 May 2019, 20:59 Təbriz bazarı YUNESKO siyahısından çıxarıla bilər 21 May 2019, 20:43 Ukrayna növbədənkənar parlament seçkilərinə gedir 21 May 2019, 20:31 Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb 21 May 2019, 20:15 Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izlədi - VİDEO, FOTOLAR 21 May 2019, 20:01 “Taliban”a qarşı əməliyyat: 40-dan çox silahlı məhv edildi 21 May 2019, 19:25 Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitə iclaslarında iştirak edəcək 21 May 2019, 19:12 Bakı-Sumqayıt yolunda 3 maşın toqquşdu – yaralılar var 21 May 2019, 18:54 Məmmədyarov Kolumbiyanın yeni səfirini qəbul etdi 21 May 2019, 18:43 Poroşenkoya cinayət işi açıldı 21 May 2019, 18:27 Azərbaycan-Çexiya hökumətləri arasında Qarışıq Komissiyanın tərkibində dəyişiklik edildi 21 May 2019, 18:03 Dolların məzənnəsi dəyişmədi 21 May 2019, 17:46 Nazir müavini Məhəbbət Vəliyeva təhsil şöbələrinin müdirləri ilə görüşdü 21 May 2019, 17:37 Azərbaycanda faktiki hava ŞƏRAİTİ 21 May 2019, 17:34 Ağdamda sel - 2 çoban və 500 qoyun xilas edildi 21 May 2019, 17:26 Dünya mediası azərbaycanlı rəssamdan yazır 21 May 2019, 17:20 Azərbaycanın turizm potensialı haqda beynəlxalq konfrans keçiriləcək 21 May 2019, 17:13 50 milyon "İnstagram" istifadəçisinin məlumatları internetə sızdı 21 May 2019, 17:06 Qazaxda ölü heyvan satışının qarşısı alındı - FOTO   21 May 2019, 17:05 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi   21 May 2019, 17:00 Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanıldı 21 May 2019, 16:50 Bakı Meriyası vətəndaşların “Torqovı”ya buraxılmayacağı xəbərini TƏKZİB ETDİ 21 May 2019, 16:47 Nazirlik: Şəhərin mərkəzi küçələrinə giriş qadağası yoxdur 21 May 2019, 16:45