Modern.az

“Star” Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır - Şamil Ayrım

“Star” Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır - Şamil Ayrım

Aktual

18 Fevral 2019, 18:34

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvləri Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə görüşüblər.

 

Modern.az xəbər verir ki, İşçi Qrupunun rəhbəri Əhliman Əmiraslanov Türkiyə-Azərbaycan əlaqələrindən danışaraq bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, təhsil, səhiyyə sahələrində yüksək səviyyəli əməkdaşlıq mövcuddur:

 

“Bu əməkdaşlığın, eləcə də, parlamentlərarası əlaqələrin inkişafında prezident İlham Əliyevin və həmkarı Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətləri mühüm rol oynayır.

 

Diqqətə çatdırılıb ki, MM-in 125 deputatından 65-i Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvüdür.

 

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım isə deyib ki, Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir.

 

Ölkələrimiz arasındakı yüksək səviyyəli əməkdaşlığı qeyd edən Ş.Ayrım xüsusilə təhsil sahəsində əlaqələrin uğurlarından danışıb. Enerji sahəsində əməkdaşlığa toxunan dostluq qrupunun rəhbəri “Star” neft emalı zavodunun önəmini qeyd edib.

 

Bildirib ki, bu, Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır. Tərəflər parlamentlərarası əlaqələrin inkişafına hər zaman töhfələrini verməyə hazır olduqlarını bildiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir