Arxiv
18 Fervral 2019, 18:58 | AKTUAL
Mehriban Əliyevanın tapşırığı ilə tanınmış teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlandı - FOTOLAR

Xalq artisti, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, görkəmli teleaparıcı və diktor Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefinin açılışı olub.

 

Modern.az xəbər verir ki, barelyef Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun dəstəyi ilə hazırlanıb.

 

Tədbirdə çıxış edənlər Rafiq Hüseynovun keçdiyi sənət yolundan, bənzərsiz istedadı və təkrarsız üslubundan bəhs ediblər.

 

Bildiriblər ki, Rafiq Hüseynov böyük təcrübəyə malik peşəkar teleaparıcı idi. Yüksək intellekt sahibi olan, doğma dilimizin incəliklərini daim yaşadan Xalq artisti ciddi görkəmi, xoş təbəssümü, aydın diksiyası ilə hər zaman milyonlarla tamaşaçını efirə cəlb edib. Tamaşaçılar Rafiq Hüseynovun ekranda görünüşünə, səsinin ahənginə, təmiz nitqinə və səmimi ünsiyyətinə heyran qalırdılar. O, efirdə yazıçı ilə yazıçı, musiqiçi ilə musiqiçi, teatr işçisi ilə teatrşünas kimi danışırdı, həm informasiya, həm bədii, həm də ictimai-siyası mətni mövzuya uyğun ahəng və avazla səsləndirirdi. Rafiq Hüseynov keçmiş Sovet İttifaqı məkanında ən yaxşı diktorlardan biri idi. Moskvadan mərkəzi televiziyada işləməyə dəvət alsa da, bu təklifi qəbul etməmiş, doğma televiziyanı üstün tutmuşdu. Səsləndirdiyi diktor mətnləri, sənədli filmlər, aparıcısı olduğu müəllif verilişləri onun qiymətli yadigarı kimi televiziyanın fondunda qorunub saxlanılır.

 

Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova, xalq artistləri Eldost Bayram, Ofeliya Sənani və başqaları görkəmli teleaparıcının xatirəsinə göstərilən diqqətə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Rafiq Hüseynov 2017-ci il oktyabrın 26-da Almaniyanın Düsseldorf şəhərində müalicə aldığı klinikada dünyasını dəyişib. Mavi ekranın unudulmaz siması hələ uzun illər lentlərin yaddaşında yaşayan bənzərsiz səsi ilə milyonların yaddaşını təzələyəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşviliyə ittiham: Həyat yoldaşını öldürmək istəyib 22 May 2019, 00:03 Azərbaycan nefti ucuzlaşıb 21 May 2019, 23:52 Azərbaycanda zəlzələ oldu 21 May 2019, 23:34 Tornado 10 saniyədə şəhəri xaraba qoydu 21 May 2019, 23:12 İstanbulda 74 FETÖ  tərəfdarı saxlanıldı 21 May 2019, 22:55 “Ermənistan idmanı siyasət alətinə çevirir” - XİN 21 May 2019, 22:37 Bakıda yeniyetmə qız itkin düşüb 21 May 2019, 22:26 ABŞ pilotsuz yük maşınlarının sınağına başladı 21 May 2019, 22:01 Bakı finalı Mxitaryansız da möhtəşəm keçəcək 21 May 2019, 21:43 Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ 21 May 2019, 21:25 Mərmərə dənizi sahillərində zəlzələ 21 May 2019, 21:11 Təbii qaz bahalaşdı 21 May 2019, 20:59 Təbriz bazarı YUNESKO siyahısından çıxarıla bilər 21 May 2019, 20:43 Ukrayna növbədənkənar parlament seçkilərinə gedir 21 May 2019, 20:31 Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb 21 May 2019, 20:15 Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izlədi - VİDEO, FOTOLAR 21 May 2019, 20:01 “Taliban”a qarşı əməliyyat: 40-dan çox silahlı məhv edildi 21 May 2019, 19:25 Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitə iclaslarında iştirak edəcək 21 May 2019, 19:12 Bakı-Sumqayıt yolunda 3 maşın toqquşdu – yaralılar var 21 May 2019, 18:54 Məmmədyarov Kolumbiyanın yeni səfirini qəbul etdi 21 May 2019, 18:43 Poroşenkoya cinayət işi açıldı 21 May 2019, 18:27 Azərbaycan-Çexiya hökumətləri arasında Qarışıq Komissiyanın tərkibində dəyişiklik edildi 21 May 2019, 18:03 Dolların məzənnəsi dəyişmədi 21 May 2019, 17:46 Nazir müavini Məhəbbət Vəliyeva təhsil şöbələrinin müdirləri ilə görüşdü 21 May 2019, 17:37 Azərbaycanda faktiki hava ŞƏRAİTİ 21 May 2019, 17:34 Ağdamda sel - 2 çoban və 500 qoyun xilas edildi 21 May 2019, 17:26 Dünya mediası azərbaycanlı rəssamdan yazır 21 May 2019, 17:20 Azərbaycanın turizm potensialı haqda beynəlxalq konfrans keçiriləcək 21 May 2019, 17:13 50 milyon "İnstagram" istifadəçisinin məlumatları internetə sızdı 21 May 2019, 17:06 Qazaxda ölü heyvan satışının qarşısı alındı - FOTO   21 May 2019, 17:05 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi   21 May 2019, 17:00 Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanıldı 21 May 2019, 16:50 Bakı Meriyası vətəndaşların “Torqovı”ya buraxılmayacağı xəbərini TƏKZİB ETDİ 21 May 2019, 16:47 Nazirlik: Şəhərin mərkəzi küçələrinə giriş qadağası yoxdur 21 May 2019, 16:45 “Qartal yuvası” təqdim olundu 21 May 2019, 16:44