Modern.az

Deputat hüquq müdafiəçilərinin Ramil Usubova müraciətini dəstəklədi

Deputat hüquq müdafiəçilərinin Ramil Usubova müraciətini dəstəklədi

19 Fevral 2019, 15:03

“Dünən bir qrup hüquq müdafiəçisi daxili işlər naziri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Ramil Usubovla görüşüblər. Görüşdə bir qrup cinayət törətmiş şəxslərin əfv edilməsi ilə ilə bağlı siyahı təqdim edilib. Mən də bu müraciəti dəstəkləyirəm”.

 

Modern.az xəbər verir ki, bu sözləri deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında çıxışı zamanı deyib.

 

Deputat mart ayında əfv sərəncamının imzalanacağına ümid etdiyini bildirib.

 

“Hüquq müdafiəçiləri, həm də bir qrup beynəlxalq təşkilatların bu məsələdə təkliflərini nəzərə almalıyıq. Dövlət, şəxsiyyət əleyhinə ağır və xüsusilə ağır cinayət törətmiş şəxslər istisna olmaqla, digər məhbusların mövcud cəzalarının böyük bir hissəsini kəsib əfv etmək olar. Cənab Prezidentdən xahiş edək ki, onları əfv etsin”.

 

Qeyd edək ki, dünən hüquq müdafiəçiləri Səadət Bənənyarlı, Novella Cəfəroğlu və Səidə Qocamanlı daxili işlər naziri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Ramil Usubovla görüşüblər. Bir qrup şəxsin əfv sərəncamı ilə azad edilməsi üçün nazirə müraciət ediblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir