Arxiv
20 Fervral 2019, 11:46 | AKTUAL
Yəhudi diasporu Xocalı qurbanlarını yad edəcək

ABŞ tarixində ilk dəfə olaraq azərbaycanlılara məxsus olmayan qeyri-hökumət təşkilatı Xocalı soyqırımı qurbanlarına həsr edilmiş geniş tədbir keçirəcək. Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi strategiyası uğurla həyata keçirilir. Belə ki, Azərbaycan Resublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Amerikanın nüfuzlu yəhudi diaspor təşkilatlarının yeni qurulmuş əməkdaşlığı artıq öz bəhrəsini verməyə başlayıb.


Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a bildirilib ki, 25 fevral 2019-cu il tarixində ABŞ-ın Nyu-York şəhərində yerləşən Yəhudi Tarixi Muzeyində Amerika Sefardlar Federasiyası, Amerika Müsəlmanları Liderləri İttifaqının birgə təşəbbüsü və təşkilatçılığı, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xocalı soyqrımına həsr edilmiş “Nəzər yetirmək və  danışmaq: Xocalı qırğınını yad etmək, soyqırımı və etnik təmizləməyə qarşı mübarizə aparmaq” adlı tədbir, həmçinin amerikalı musiqiçi Cefri Verbokun ifasında muğam gecəsi baş tutacaq.

Gecədə Amerikadakı müxtəlif yəhudi təşkilatlarının liderləri, amerikalı gənc yəhudi liderlər, yəhudi və müsəlman dini liderlər, soyqırımı qurbanı olmuş digər xalqların nümayəndələri, Birləşmiş Millətlər Təşkilatının rəsmi şəxsləri, Nyu Yorkdakı diplomatik nümayəndəliklərin təmsilçiləri, soyqırımı üzrə beynəlxalq mütəxəssislər, amerikalı tarixçilər, Xocalı soyqırımı zamanı doğmalarını itirmiş, diasporumuzun üzvü Anar Usubov, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Komitəsinin nümayəndəsi, Azərbaycanın ABŞ-dakı Səfirliyinin əməkdaşları və ABŞ-dakı Azərbaycan diasporu da daxil olmaqla təxminən 150 nəfərin iştirakı gözlənilir.

Müxtəlif panellərdə çıxış edəcək şəxslər ümumilikdə soyqırımı, insanlığa qarşı cinayətlər, xüsusilə də Xocalı soyqırımı, bu cür halların qarşısının alınması və günahkarların cəzalandırılması yolları barədə danışacaqlar.

Qeyd edək ki, ABŞ-ın nüfuzlu yəhudi təşkilatlarından olan Amerika Sefardlar Federasiyası və digər önəmli yəhudi təşkilatları ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq ilk dəfə olaraq 2018-ci ilin noyabr ayında Dövlət Komitəsi sədrinin ABŞ-a səfəri zamanı qurulub və bu əlaqələrin daha da inkişaf etdirilməsi planlaşdırılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xarici ticarətə dair aktların qüvvəyə minmə müddəti dəyişdi 21 May 2019, 00:42 Eyfel qülləsinə dırmaşan naməlum şəxs xilas edildi 21 May 2019, 00:24 Fuad Abbasovu iki nəfər döyüb, biri çəkib – VİDEO 21 May 2019, 00:09 Azərbaycan nefti ucuzlaşıb 20 May 2019, 23:47 Danışılmış oyuna görə 11 futbolçu saxlanılıb 20 May 2019, 23:30 Bu ölkədə polis əməkdaşı axtarılır 20 May 2019, 23:14 ABŞ donanması İranla hərbi qarşıdurmada 20 May 2019, 22:57 Tacikistanda həbsxanada qiyam 20 May 2019, 22:43 Şamaxıda 8 il öncə ölən şəxsə çağırış vərəqəsi göndərildi 20 May 2019, 22:26 Oğuzda orta yaşlı qadın özünü asdı 20 May 2019, 22:12 Metro işçiləri tətilə başladı 20 May 2019, 21:55 “Zelenski Moskva ilə danışıqlara hazırdır” – Politoloqdan şərh 20 May 2019, 21:43 Çörək sexində bir nəfər bıçaqlandı 20 May 2019, 21:29 İstanbulda meşə yanğınları 20 May 2019, 21:17 Şimal bölgəsinin təhsil işçiləri hesabat verdi 20 May 2019, 21:00 18 nəfəri ildırım vurub öldürdü 20 May 2019, 20:43 Koçaryana qarşı cinayət işi Konstitusiya Məhkəməsinə göndərildi 20 May 2019, 20:29 Güclü külək İsmayıllıda fəsadlar törətdi - FOTO 20 May 2019, 20:13 Azərbaycanla Avropa İttifaqı yeni saziş üzrə danışıqları üç istiqamətdə aparır 20 May 2019, 20:01 Zelenskinin varidatı açıqlandı - Avropada evlər, Gürcüstanda 10 otel, ... 20 May 2019, 19:55 İsveçrə universitetinin tələbələri Bakıya gələcək - FOTO   20 May 2019, 19:47 Ukrayna hökuməti istefaya getdi 20 May 2019, 19:38 Fuad Abbasovun Azərbaycana deportasiya ediləcəyi tarix AÇIQLANDI 20 May 2019, 19:29 Eyfel qülləsi bağlandı - SƏBƏB?   20 May 2019, 19:19 Nazirlik kəndlilərə verilən mal-qara ilə bağlı şikayətlərə cavab verdi 20 May 2019, 19:08 Beşdən çox uşağı olan ailələrin sayı AÇIQLANDI 20 May 2019, 18:57 “Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri təltif olunub   20 May 2019, 18:46 Təhsil Şöbəsinin sabiq müdrinin cinayət işi məhkəməyə göndərildi 20 May 2019, 18:39 Bakı küçələrində maraqlı kampaniya - FOTO 20 May 2019, 18:29 Azərbaycan Çinə nar ixrac edəcək   20 May 2019, 18:20 Məhkəmənin qərarını icra etməyən polis rəisləri ilə bağlı Ramil Usubova müraciət olundu 20 May 2019, 18:10 Çingiz Qənizadə: “Avtomobillərə jalüz qadağası DYP ilə sürücünü qarşı-qarşıya qoyur” 20 May 2019, 18:01 Bakıda keçiriləcək sessiyaya hazırlıq müzakirə olundu 20 May 2019, 17:37 Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək   20 May 2019, 17:36 Manat və dolların sabahkı məzənnəsi 20 May 2019, 17:21