ABŞ prezidenti Donald Tramp Milli Kəşfiyyat Xidmətinin direktoru Daniel Koutsu vəzifəsindən azad edə bilər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb kəşfiyyat xidmətinin yanvar ayı üçün hazırladığı hesabatda ABŞ-ın milli təhlükəsizliyi üçün ciddi təhlükənin olması barədə xəbərdarlıq olub.
Həmin hesabat Trampın Koutsa etibarının itməsinə səbəb olub. Hazırda Trampın Milli Kəşfiyyat Xidmətinin direktoru postuna yeni kadr axtardığı xəbər verilir.