Modern.az

Bakı-İstanbul reysi ilə uçan təyyarə Ankaraya məcburi eniş etdi

Bakı-İstanbul reysi ilə uçan təyyarə Ankaraya məcburi eniş etdi

20 Fevral 2019, 13:51

Bakı-İstanbul reysini həyata keçirən “Buta Airways” aviaşirkətinin təyyarəsi dumanlı hava şəraiti ilə əlaqədar Ankara aeroportuna məcburi eniş edib.

“Buta Airways” aviaşirkətindən Modern.az-a verilən məlumata görə, İstanbulun Sabiha Gökçən hava limanına uçuş edən “Buta Airways”in “J2 9103” nömrəli aviareysində hava gəmisinin kapitanı dumanlı hava şəraiti səbəbindən Ankaranın Esenboğa hava limanına məcburi eniş etmək qərarına gəlib.

Təyyarə Bakı vaxtı ilə saat 11:10-da Ankarada uğurlu eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə Ankaradan İstanbula yola düşəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir