Modern.az

Şəki və Oğuz sakinlərindən ov tüfəngləri götürülüb

Şəki və Oğuz sakinlərindən ov tüfəngləri götürülüb

20 Fevral 2019, 13:57

Şəki və Oğuz sakinlərindən ov tüfəngləri götürülüb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Böyük Dəhnə kənd sakini F.Məmmədovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi və 2 ədəd patron aşkar edilərək götürülüb.

 

Oğuz RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Daşağıl kənd sakini M.Haşımovun evindən müvafiq sənədləri olmayan “İJ-28” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır