Modern.az

ABŞ-a yarışa bu şagirdlər gedəcək​​​​​​​

ABŞ-a yarışa bu şagirdlər gedəcək​​​​​​​

20 Fevral 2019, 15:32

“Sabahın alimləri” VIII Respublika müsabiqə qalibləri içərisində ABŞ-da keçiriləcək Intel ISEF (Intel International Science and Engineering Fair) müsabiqəsinin nəticələrinə görə, ABŞ-a yarışa bu şagirdlər gedəcək.

 

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.

 

Həbibullayev Rüstəm, Hüseynov Zamin . Hər ikisi Bakı Avropa Liseyinin şagirdidir.  Intel ISEF müsabiqəsində Sillogizmlə yeni isbat metodları adlı layihə ilə təmsil olunacaqlar.

 

Məmmədzadə Vaqif, Nurullayeva Selcan. Məmmədzadə Vaqif Akademik Zərifə Əliyeva adına liseyin, Nurullayeva Selcan isə 177 nömrəli tam orta məktəbin şagirdidir. Hər ikisi  insan genomunda 2-istiqamətli promotorlar adlı layihə ilə təmsil olunacaqlar

Camalova Reyhan, Qasımzadə Zəhra. Camalova Reyhan 283 nömrəli tam orta məktəbin, Qasımzadə Zəhra isə akademik Zərifə Əliyeva adına liseyin şagirdidir. Hər ikisi Rainergy adlı  layihəsi ilə təmsil olunacaqlar.

Bayramov Ruslan, akademik Zərifə Əliyeva adına liseyin şagirdidir. Stock Up adlı layihə ilə təmsil olunacaq.

Baxşəliyeva Nigar 6 nömrəli tam orta məktəbin şagirdidir. Fiziki qanunlardan istifadə edərək tüstü şəklində təbiətə buraxılan zərərli maddələrin miqdarının azaldılması adlı layihə ilə təmsil olunacaq.

 

Modern.az saytı ABŞ-da keçiriləcək Intel ISEF (Intel International Science and Engineering Fair) müsabiqəsində Azərbaycanı təmsil edən bir neçə şagirdlə əlaqə saxlayaraq layihə barədə fikirlərini öyrənib.

 

Rüstəm Həbibullayevin sözlərinə görə, bu beynəlxalq layihə çox uğurlu işdir.

“Orta məktəb şagirdləri üçün belə şansın yaradılması çox yaxşıdır. “Sabahın alimləri” layihəsinin qalibi olaraq çox ümidliyik. Ölkəyə qalib kimi qayıdacağımıza inanırıq. Hazırda qalib gəlmək üçün üzərimizdə çalışırıq”

 

Zəhra Qasımzadə də Amerikada baş tutacaq layihədə uğur əldə edəcəyinə inanır.

 

“Mühəndislik kateqoriyası ilə Amerikaya yola düşəcəyik. “Sabahın alimləri” müsabiqəsi 12-14 fevralda Bakıda keçirilmişdi. 12-17 may arası Amerikada layihə baş tutacaq. Təbii ki, bu işdə bizə həm müəllimlərimiz, həm də valideynlərimiz dəstək olub. Ümidlərimiz böyükdür. “Sabahın alimləri”  müsabiqəsində qızıl medal qazandıq. Bu bizim üçün çox uğurludur. Ona görə də Amerikada qalib gələcəyimizə inanıram”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir