Modern.az

Göyçay Xəstəxanasında ölən qadınla bağlı iclas - həkim işdən çıxarıldı

Göyçay Xəstəxanasında ölən qadınla bağlı iclas - həkim işdən çıxarıldı

20 Fevral 2019, 17:03

Göyçay rayon Mərkəzi Xəstəxanası Tibbi Şurasının növbədənkənar iclası keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalov deyib.

 

E.Bilalovun sözlərinə görə, iclas fevralın 12-də xəstəxanada qadının abort zamanı dünyasını dəyişməsi ilə bağlı keçirilib: "İclasda həmin hadisənin baş verməsi ciddi pislənib. Sonda Şuranın qərarı elan olunub.

 

Qərara görə, qadını abort edən həkim-ginekoloq Roza Babayeva işdən çıxarılıb. Bundan başqa, xəstəxananın ginekologiya şöbəsinin müdiri əvəzi Leyla Əliyeva tutduğu vəzifədən azad olunub".

 

Xatırladaq ki, fevralın 12-də Astara rayonunun Siyaku kənd sakini, 1990-cı il təvəllüdlü Nurlanə Əlikişi qızı Əliyeva Göyçay Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə hamilə vəziyyətində daxili qanaxma ilə qəbul olunub. Qadın müayinə olunandan sonra məcburi aborta götürülüb. N.Əliyeva abort zamanı xəstəxanada dünyasını dəyişib.

Araşdırmalar zamanı məlum olub ki, qadın aborta qədər 3 dəfə qeysəriyyə əməliyyatı olunub və 7 ay əvvəl uşaq dünyaya gətirib. Qadın abort olunan vaxt isə 4 aylıq hamilə olub.

Ölümün səbəbinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin olunub.

 
Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi