Modern.az

ABŞ dövlət katibi: “İŞİD-lə mübarizəyə fərqli taktikalarla davam edəcəyik”

ABŞ dövlət katibi: “İŞİD-lə mübarizəyə fərqli taktikalarla davam edəcəyik”

20 Fevral 2019, 17:36

ABŞ dövlət katibi Mayk Pompeo terror təşkilatı olan İŞİD-lə mübarizəyə fərqli taktikalarla davam edəcəklərini bildirib.

Modern.az-ın xarici mətbuata istinadən məlumatına görə, İslandiyanın dövlət televiziyası RUV-a açıqlamasında Mayk Pompeo bildirib ki, qərb bu məsələdə yerli qüvvələrin gücündən istifadə edə bilər.

İŞİD-in geniş əraziləri işğal etdiyi dövrün arxada qaldığını xatırladan Pompeonun fikrincə, bu, ABŞ-ın, onun Suriya və İraqdakı tərəfdaşlarının, yerli qüvvələrin ortaya qoyduğu qətiyyətli mövqe sayəsində baş tutdu:

"Həqiqətən yaxşı işdi. Ancaq bu missiya başa çatmayıb. İŞİD-lə bir neçə qitədə vuruşuruq, amma taktikalarımız dəyişəcək. İŞİD mövcud olduğu müddətdə biz də işimizi davam etdirəcəyik. İslamı terrordan yönələn təhdidi anlayırıq. Prezident Tramp bunu qətiyyətlə anlayır. Onlarla, onları tapdığımız yerdə döyüşməyə və yalnız ABŞ-a deyil, müttəfiqlərimizin də üz-üzə qaldığı riski azaltmağa qərarlıyıq".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...