Modern.az

Həmsədrlər Ermənistanda Qarabağı müzakirə etdi

Həmsədrlər Ermənistanda Qarabağı müzakirə etdi

20 Fevral 2019, 23:11

Ermənistanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla görüşüb. Modern.az xəbər verir ki, görüşdə Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şeferlə (ABŞ) yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi müzakirə edilib.

Məlumata görə, tərəflər gələcəkdə atılacaq addımlar barədə fikir mübadiləsi aparıb.

 

Qeyd edək ki, bundan öncə həmsədrlər Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.  İrəvandan sonra həmsədrlər Bakıya gələcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?