Modern.az

Azərbaycanla Türkiyə Ermənistanla sərhəddə təlim keçirir

Azərbaycanla Türkiyə Ermənistanla sərhəddə təlim keçirir

21 Fevral 2019, 14:38

Türkiyə Ermənistanla sərhəd Qarsda genişmiqyaslı hərbi təlimləri həyata keçirir.

Modern.az saytının Türkiyə KİV-nə istinadən xəbərinə görə, “Qış-2019” adlı təlimlərdə 15 ölkə iştirak edir.

Türkiyə Müdafiə Nazirliyi bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğan təlimlərin gedişini müşahidə edir.

Təlimlərin ssenarisinə əsasən, hərbi təyyarə və helikopterlərdən endirilmiş, taktiki hava desantları qarş və şaxtalı hava şəraitində ən mürəkkəb tapşırıqları yerinə yetirir.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi bundan əvvəl hərbçilərimizin Qarsdakı təlimlərdə iştirakı haqqında məlumat vermişdi.  

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir