Modern.az

Meşələrdə çəpərlənmə işlərinə başlanılıb

Meşələrdə çəpərlənmə işlərinə başlanılıb

22 Fevral 2019, 17:41

Meşə ehtiyatlarından daha səmərəli istifadə etmək məqsədi ilə mal-qaranın və insanların müdaxilə etdikləri ərazilərdə çəpərlənmə işlərinə başlanılıb.

 

Modern.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib.

 

Onun sözlərinə görə, artıq çəpərlənmə işləri Quba, Zaqatala, Gədəbəy, Qax və digər dağ rayonlarında həyata keçirilib. Bu il çəpərləmə işləri 200 km-lik ərazidə davam etdiriləcək. Həmin ərazilər əsasən dağlıq rayonlarda olacaq:

 

"Mal-qaranın yaylaq ərazilərinə getdiyi cığırlar əsasən meşə fondu ərazilərindən keçir. Ona görə həmin cığırların hər iki tərəfdən çəpərlənməsi nəzərdə tutulur ki, mal-qara həmin yerlərə daxil ola bilməsin. Məqsəd həmin ərazilərdə təbii cücərtilərin məhv olmasının və onun inkişafının sürətlənməsinə zəmin yaratmaqdır".

 

S.Salmanov bildirib ki, meşə ehtiyatlarının qorunması üçün meşə fondu ərazilərində 5 kamera quraşdırılıb. Bu il ərzində meşələrdə daha 15 kameranın quraşdırılması planlaşdırılır. Bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır