Modern.az

Xocalıda hər iki valideynini itirənlər “Srebrenitsa anaları” ilə görüşdülər

Xocalıda hər iki valideynini itirənlər “Srebrenitsa anaları” ilə görüşdülər

23 Fevral 2019, 11:07

Parlament Jurnalistləri Birliyinin və Milli Məclisin deputatı, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin təşəbbüsü ilə Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində "Srebrenitsa Anaları" Hərəkatının rəhbəri və üzvləri ilə görüş keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə "Srebrenitsa anaları" Hərəkatının təmsilçiləri ilə yanaşı, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Xocalı soyqırımında hər iki valideynini itirən "25-lər", ictimaiyyət nümayəndələri jurnalistlər və digər qonaqlar iştirak edib.

 

Srebrenitsa anaları Xocalı soyqırımının tanıdılmasında xalqımıza dəstəyini ifadə ediblər və bu faciənin dünya miqyasında tanıdılması üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.

"Ötən il Bosniyada təqdimatı keçirilən Xocalı soyqırımına həsr edilmiş "Böyüməyən uşaqlar" kitabı "Srebranitsa anaları" Hərəkatının diqqətini çəkib".

 

Bunu "Srebranitsa anaları" ilə görüşdə Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı söyləyib.


O qeyd edib ki, müəllifi olduğu kitabla tanış olan "Srebrenitsa anaları" Hərəkatının təmsilçiləri "Böyüməyən uşaqlar"ın arxasınca Azərbaycana gəliblər:

"Mən Xocalı soyqırımının tanıdılmasında Azərbaycan xalqına dəstək olduqları üçün minnatdarlığımı bildirirəm. Xüsusilə, təşəkkür edirəm ki, "Srebranitsa anaları"nın bir gecədə hər iki valideynini itirən "25-lər"lə görüşməsinə şərait yaratdınız. Analar ahıl yaşlarında yorulmadan Azərbaycana gəlib, bizə dəstək oldular. Əminəm, onların Xocalı soyqırımı ilə bağlı çıxışları soyqırımının dünyaya tanıdılmasına dəstək olacaq".

 

 Qeyd edək ki, "Srebrenitsa anaları" Hərəkatı Srebrenitsa qətliamını bütün dünyaya qəbul etdiriblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir