Modern.az

Vergi ödəyiciləri ölkədən çıxışlarına qadağanı buradan öyrənəcək

Vergi ödəyiciləri ölkədən çıxışlarına qadağanı buradan öyrənəcək

Aktual

23 Fevral 2019, 21:58

Vergilər Nazirliyi vergi ödəyiciləri üçün yeni elektron xidmət istifadəyə verib. Vergilər Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu xidmət vasitəsilə onlar ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məlumat ala biləcəklər.

 

Bunun üçün Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi saytında yaradılan ayrıca bölməyə daxil olaraq şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini və yaxud şəxsiyyət vəsiqəsinin FİN kodunu müvafiq xanalara daxil etmək lazımdır. Bununla da, cəmi bir toxunuşla vergi ödəyicisi ölkədən çıxışına qadağa qoyulub-qoyulmaması ilə bağlı məlumatı əldə edə bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı