Modern.az

Azərbaycanda icra başçısı VƏFAT ETDİ  

Azərbaycanda icra başçısı VƏFAT ETDİ  

Ölkə

25 Fevral 2019, 09:36

Azərbaycanda icra başçısı qəfildən ölüb.

Modern.az xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov gecə saatlarında vəfat edib. Bu barədə Naftalan sakinləri sosial şəbəkələrdə məlumat yayıblar.

Faktı Naftalan şəhər İcra Hakimiyyətindən "Report"a təsdiqləyiblər.

Məlumata görə, o, Bakı şəhərində yaşadığı evdə dünyasını dəyişib.


Modern.az-ın məlumatına görə, Rövşən İbrahimov 1967-ci ildə Siyəzən rayonunda anadan olub.

1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirərək  “İnşaat mühəndisliyi” ixtisasına yiyələnib.
1986-1988-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliiyətinə 1991-ci ildən "Azneft" İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” trestində iş icraçısı olaraq başlayıb. ARDNŞ-də (SOCAR) müxtəlif sahələr üzrə rəhbər vəzifələrdə çalışıb.
Fevral 2011-ci ildən 18 may 2018-ci il tarixədək ARDNŞ-də Sosial İnkişaf İdarəsinin Tikinti Departamenitinin rəisi vəzifəsində işləybi.
Azərbaycan Respublikası Prezidentinin 18 may 2018-ci il tarixli Sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var

Allah rəhmət eləsin !

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi