Modern.az

Qaynaqlarımızda türkün hikmət xəzinəsi: genetik yaddaşın dünənindən bu gününə - III YAZI

Qaynaqlarımızda türkün hikmət xəzinəsi: genetik yaddaşın dünənindən bu gününə - III YAZI

25 Fevral 2019, 09:53

Buludxan Xəlilov,

filologiya üzrə elmlər doktoru, professor  


Bilik,  idrak  barəsində  XI-XII  yüzilliyin  görkəmli türk ədəbi siması olan Əhməd Yügnəki yazır:


Bahalıg dinar ol bilgilig kişi

Bu cahil bilgisiz bahasız kişi

Biligligbiliksizkaçantengbolır

Biligligtisier, cahilertisi.

 

Türkiyə türkcəsinə tərcüməsi:


Bahalıdinardır(akçedir)bilgilikişi

Bilgisiz, cahil (ise) kalpakçedir.

Bilgili (ile) bilgisiznasıldenkolur,

Bilgilikadıner; cahiler, dişi (dir).

 

Biligligbiringebiligsizmingin

Tengeglitengedibilingningtengin

Bakakörgilemdiukasınayu

Nenengbarbiligtagasıglıgöngin

 

Türkiyə türkcəsinə tərcüməsi:

Bilgilibirinibilgisizbirine (değişme),

Deneyendenedibilginindengini

Bakgörşimdianlayıpsınayarak

Bilgigibifaydalıbaşkanevar?

 

Biligligsözipend, nasihat, edeb

BiligligniöğdiAcemhemArap

Tavarsızka bilgi tükenmez tavar

Nesebsızka  bilgi  yirilmez neseb.

 

Türkiyə türkcəsinə tərcüməsi:

Bilgilinin sözü öğüt, nasihat, edebtir.

BilgiliyiAcemde,  Arapdaövmüştür.

Davarsıza(malıolmayana)bilgitükenmezmal,

Nesebiolmayanabilgiyerilmeznesebdir.

 

Biligdinurur-mensözümkeula

Biliglikkeyadostözüfiniula

Biligbirlebulnursaadetyolı

Biligbilsaadetyolınıbula

 

Türkiyə türkcəsinə tərcüməsi:

Bilgidənsözümetemelatarım;

Eydost, bilgiliyeyaklaşmağaçalış;

Saadetyolubilgiilebulunur,

Bilgiedinvesaadetyolunubul.

 

Süfiekkeyiliktegerenkebilig

Erenkörkiaqılolsünekninyilik

Biligsiz yiliksiz sünek teg halı

Yiliksizsüfiekkesanulmazelig.

 

Türkiyə türkcəsinə tərcüməsi:

Kemik için ilik ne ise, insan için bilgi odur;

 İnsanınziyneti akıldır, kemiğinki ise iliktir;

Bilgisiz(kimse) iliksizkemikgibiboştur;

İliksizkemiğekimseeluzatmaz.

 

Biligbildiboldıerenbelgülük

Biligsiztirigleyitükkörgülük

Biliglig er öldi atı ölmedi

Biligsiz tirig erken atı ölüg

 

Türkiyə türkcəsinə tərcüməsi:

İnsan bilgisi ile tanınır;

Bilgisiz hayatta İken kaybolmuş sayılır;

bilgili adam ölür,(fakat) adı kalır,

Bilgisiz sağ iken adı ölüdür.

 

Bilig birle alim yoqar yoqladı

Biligsizlik erni çökerdi qodı

Biligyindosanmatilolhaqresul

BiligÇindebolsasizarqafitidi

 

Türkiyətürkcəsinətərcüməsi:

Alimbilgiileyükseldi,

Bilgisizlik insanı aşağı düşürdü;

Bilgiyi ara, usanma; bilki o hak resul:

— “BilgiyiÇindebileolsa, arayınız” dedi.

 

Bilik, elm, idrak, ağıl sahibi olmaq dünyada hər şeydən üstündür. Bunların hər biri insanın dostu, köməyi və arxasıdır, eyni zamanda dövlətdən, vardan qat-qat qiymətlidir. Odur ki, bilikli, elmli, idraklı, ağıllı adamlara həmişə ehtiyac olmuşdur. Təsadüfi deyildir ki, Nizamülmülkün “Siyasətnamə” əsərində yazılır: “Sultanların ən yaxşısı odur ki, elm adamı ilə oturub-dura, alimlərin ən pisi odur ki, soltanla durub-otura”. (Əbu Əli Həsən İbn Əli Xacə Nizamülmülk. Siyasətnamə. Bakı, “Elm”, 1987, s. 69). Bu əsərdə filosof Loğmanın dili ilə deyilmiş fikir istinad kimi götürülür: “Dünyada insan üçün elmdən daha yaxşı dost yoxdur. Elm dövlətdən də yaxşıdır, çünki dövləti sən saxlamalısan, elm isə səni saxlayır”. (Əbu Əli Həsən İbn Əli Xacə Nizamülmülk. Siyasətnamə. Bakı, “Elm”, 1987, s. 69). Bundan başqa,  VII-VIII  əsrin  görkəmli  üləmalarından  biri  olan Həsən Bəsrinin fikrinə istinad olunur: “Alim o deyildir ki, ərəbcə çox bilib, qəliz ərəb ifadələrini və sözlərini çox əzbərləmiş olsun, alim odur ki, bütün elmlərdən başı çıxsın, hansı dili bilsə, məqbul sayılar”. (Əbu Əli Həsən İbn Əli Xacə Nizamülmülk. Siyasətnamə. Bakı, “Elm”, 1987, s. 69). Daha sonra “Siyasətnamə” əsərində  yazılır:  “Əgər  bir  adam  şəriətin  bütün  qanunlarını, Quranın təfsirini türk, fars və rum dilində bilir, ərəb dilini bilmirsə, alim sayılar. Lakin ərəbcə də bilsə, daha yaxşı olar.

Allah-taala Quranı ərəb dilində göndərmişdir, Məhəmməd Mustafa ə.s. də ərəbdilli olmuşdur, lakin əgər şahın Allah vergisi, dövləti, elmi olsa, hər iki dünyanın səadəti ona nəsib olar, çünki, heç bir işi elmsiz görməz, cəhalətə yol verməz”. (Əbu Əli Həsən İbn Əli Xacə Nizamülmülk. Siyasətnamə. Bakı, “Elm”, 1987, s. 69).

Türkün hikmət xəzinəsində əsl insana yüksək qiymət verilmiş, onların zəmanəyə, dünyaya hakim olmaları söylənilmiş, belələrinə bənzəmək təbliğ olunmuşdur. Əsl insan ağlı sayəsində əsl insan adlandırılmışdır. Əsl insanın ağıllı, əsilli və nəcib olduğu söylənilmişdir. “Qutadqu bilik”də yazılır:

Bax, ikicürəslinsanvar:

Biribəy,birialim;onlarinsanlarınbaşıdır,

Biri əlinə qılınc alıb xalqı idarə edər,

Biri əlinə qələm alıb düz yol göstərər.

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 34-35).

Göründüyü kimi, “Qutadqu bilik”də iki cür əsl insan fərqləndirilmişdir. Onlardar biri alim, digəri isə bəydir. Alim, elm adamları barəsində fikirlər Əhməd Yəsəvinin hikmətlərində də özünə yer alıbdır. Əhməd Yəsəvi elm adamları, alimlər barəsində fikrini açıqlayaraq qeyd etmişdir ki, təkcə kitab oxuyan adam, kitab oxumaqla özünü başqalarından üstün hesab edən adam, özünü təkəbbürlü aparan adam alim deyildir. Əhməd Yəsəviyə görə, alim şəriət, təriqət, həqiqət elmini bilənlərdir. Onun fikrincə, hər bir kəs belə alimlərə hörmətlə yanaşmalı, onların sözlərini dinləməli,   məsləhətlərinə qulaq asmalıdır. (bax: Füzuli Bayat. Xoca Əhməd Yəsəvi və xalq sufizminin bəzi problemləri. Bakı, 1997, s. 72).

Əhməd Yəsəvi alimlərin sözünü dinləmək, onların xidmətində dayanmaq barəsində yazır:

Kul Xacə Əhməd, alimlərni xizmət kılğıl,

Alimlər sözün eşitib əməl kılğıl,

Əməl kilib, haqq yolidə caninq berqil,

Əməlsizlər didar körməs, dostlarima.

Əhməd Yəsəvi elmə üstünlük vermiş və iki cür elmdən bəhs etmişdir: tən (bədən) və can (ruh) elmi. O, bu iki elm içərisində can (ruh) elminin üstün olduğunu da diqqətdən qaçırmamışdır. Və iki elm barəsində hikmətlərində belə vermişdir:

 

İlm ikkidur - tanu canqa rəhbər turur,

Canalimihəzrətiğəyakinturur,

Muhəbbətninqşərabidiniçibturur,

 Andağalimalimbolur, dostlarima.

 

Tənalimizalimlərğəoxşarermiş,

“Bəraət”ni ayətidə çun buyurmiş,

Dozaxiçrətinməydaimkuyarermiş,

Zəhri-zəkkumiçibdaim, dostlarima.

 

DAVAMI VAR…

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir