Modern.az

260 nömrəli məktəbdə 23 fevral qeyd olunub? - AÇIQLAMA  

260 nömrəli məktəbdə 23 fevral qeyd olunub? - AÇIQLAMA   

25 Fevral 2019, 12:30

Ötən gün sosial şəbəkələrdə yayılan məlumata görə, Bakının Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən 260 nömrəli orta məktəbdə 23 fevral - Qızıl Ordunun və ya Sovet Hərbi Dəniz Donanmasının yaranması günü qeyd olunub.  Və buna görə məktəb rəhbərliyi ciddi ittiham edilib.

Modern.az saytının əməkdaşı sosial şəbəkə istifadəçilərinin qeyd etdiyi məlumatı dəqiqləşdirmək üçün adıçəkilən orta məktəblə əlaqə saxlayıb. Məktəbin rəsmisi saytımıza açıqlamasında xəbərin doğruluğunu təkzib edib.

Məktəb rəhbərliyinin bildirdiyinə görə, orada fevral ayının 22-si Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar “Xocalını unutmayın!” adlı anım tədbiri keçirilib.
“Heç bir halda 23 fevral günü qeyd edilməyib. Fevral ayının 23-ü həftənin VI gününə - istirahət gününə təsadüf etdiyindən şagirdlər də məktəbdə olmayıblar”.

Məktəbin səlahiyyətlisi onu da vurğulayıb ki, 20-22 fevral tarixlərində də uşaqların öz aralarında bir-birini 23 fevral münasibəti ilə təbrik etməsi, hansısa hədiyyələrin verilməsi kimi hallar yaşanmayıb.

Qeyd edək ki, 23 fevral - Qızıl Ordunun və ya Sovet Hərbi Dəniz Donanmasının yaranması günü kimi Sovet hakimiyyəti dövründə Azərbaycanda da qeyd olunurdu. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır