Modern.az

“Srebrenitsa anaları” və “Böyüməyən uşaqlar” - Eyni acını, eyni ağrını yaşayan QURBANLAR

“Srebrenitsa anaları” və “Böyüməyən uşaqlar” - Eyni acını, eyni ağrını yaşayan QURBANLAR

25 Fevral 2019, 16:18

Sabah bəşəriyyət Azərbaycanın Xocalı şəhərində törədilmiş dəhşətli soyqrımının 27-ci ildönümü qeyd edəcək. Ona görə bəşəriyyət ki, Ermənistan bu soyqırımı ilə tək azərbaycanlılara deyil, bütün dünya ictimaiyyətinə qarşı cinayət törədib.

Demək olar ki, günlərdir dünyanın ayrı-ayrı ölkələrində Xocalı anılır, “Xocalıya ədalət!” istənilir. Günlərdir ki, müxtəlif tədbirlər keçirirlir.

 

Oxşar taleli xalqlar

 

Bu tədbirlər arasında daha çox diqqət çəkən məqam vardı.  Soyqırımına məruz qalan bosniyalı analar onlarla eyni taleyi yaşayan insanlarla, xocalılarla görüşmək üçün Bakıya gəlmişdilır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə günahsız azərbaycanlılar erməni vandalizminin qurbanı olmuşdular. 

1995-c ilin iyunun 11-də isə Srebrenitsada boşnaklar serblərin soyqırımı siyasətinə qurban getmişdilər.

Vaxtilə insanların qanı bahasına yaranan ittifaqlar, kommunist respublikalar elə insanların qanı bahasına da tarixin arxivinə yollanıb.


1991-ci ilin dekabrında nəhəng və nəhəngliyi qədər də əfsanəvi görünən Sovet İmperiyası dağıldı. Buna baxmayaraq, mövcud quruluşa etiraz edən azərbaycanlılar “unudulmur”.

1992-ci ilin Xocalı faciəsi ilə çox ağır formada “yad edilir”. Təbii ki, bosniyalı müsəlmanlar da keçmiş sosialist ölkəsinin “yad etdiyi” qurbanlardır.

1990-cı illərin əvvəlləri... Dünyanın iki müxtəlif ölkəsi - Yuqaslaviyanın və SSRİ-nin sosialist boyunduruğundan qurtulmaq istəyən Bosniya və Azərbaycan... Soyqrımı siyasətinə məruz qalan günahsız müsəlmanlar...

Göründüyü kimi, onları həm də oxşar taleləri birləşdirir.

Acı və şirin mənzərə..

Bakıya təşrif buyuran "Srebrenitsa anaları" Hərəkatının üzvləri səfər boyunca “Ana harayı” abidəsini ziyarət etməkdən tutmuş, Xocalıda hər iki valideynini itirən 25-lə, hələ də böyüməyən uşaqlarla görüşdülər. Bu mənzərəyə tamaşa etmək heç də asan deyildi. Üz-üzə gələn oxşar taleli insanlar faciənin bəxş etdiyi natamamlıq sindromunu daşıyırlar. Bu, o deməkdir ki, alışdığımız bütöv insan vücudunun bir hissəsi  yoxdur. Demək ki, eyni taleli insanlar natamam olsalar belə, bir araya gələrkən bir-birinin ağrı-acısını içdən duya bilir.


Xocalı soyqırımı zamanı şəhid olan Milli Qəhrəman Tofiq Hüseynovun övladları da hər iki valideynini itirən “25-lər”dəndir. Yasəmən Həsənova, Əfsanə Ələkbərova və Murad Hüseynov “Srebrenitsa anaları” Hərəkatının üzvləri olan Munira Subaşiç, Kada Xotiç, Şehida Abdurrəhmanoviç, Şuhra Sinanoviç və Fatima Pileviçlə bir araya gələrkən sanki faciə zamanı itirdikləri doğmalarını tapmışdılar.

Mənzərə acı olduğu qədər həm də şirin idi. 

Ağıllarına belə gəlməzdi ki, nə zamansa faciə qurbanları olaraq bir araya  gələ bilərlər. “Srebrenitsa anaları” və “Böyüməyən uşaqlar” bir-birlərinin dilində danışa bilməsələr də, bir-birlərinin hiss və həyəcanını anlayırdılar. Çünki illərdir eyni acını, eyni ağrını yaşayırlar.


Soyqrımı siyasətinin bu qurbanları insan itkisinin ən ağır formasına şahidlik ediblər. Bəziləri ailə üzvlərini, bəziləri isə nəsil-kökünü itirib. Bu elə itkidir ki, heç bir insan şüuru onu ovundurub təsəlli edə bilməz.

Bir ana-ata üçün gözləri qarşısında övladının oyulmuş gözlərini, süngü keçirilmiş sinəsini görmək dəhşətdir. Bir övlad üçün ata-anasının kəsilmiş başını, diri-diri yandırılmasını görmək işgəncədir.

Bu arada bir araya gələn soyqırımı qurbanları  “Srebrenitsa anaları” Hərəkatının üzvü olan Şuhra Sinoviçin doğum gününü qeyd ediblər. Bunun necə bir mənzərə olduğunu təsəvvür edirsiniz?!


“Srebrenitsa anaları” Hərəkatının üzvü olan Şuhra Sinoviç doğum günündə gözləmədiyi mənzərə ilə qarşılaşıb. Xocalıda hər iki valideynini itirən "25"lərin övladları əllərində gül və tort ona yaxınlaşır və “ad gününüz mübarək!” deyir. Mənzərəyə baxıb minliklə söyləmək olardı ki, Şuhra Sinoviç Srebrenitsa qətliamından keçən müddət ərzində bu qədər sevinməmişdi. Çünki əlində tort və gül olan uşaqlar ona qopa bilmədiyi keçmişindən ərməğan gətirmişdilər. Simvolik obraz olan tort və gül keçmişdəki xoş günlərinin bir parçasını xatırladırdı.

Bu mənzərəyə tamaşa etdikcə, bir daha “lənət olsun müharibəyə!”, “Yaşasın insanlıq və azadlıq!” deyir insan övladı..

Şəhid çırağına toplaşanlar!

Bakıda qonaq olan “Srebrenitsa anaları” Hərəkatının üzvləri Xocalı qətlimanının şahidlərini dinlədikcə, dəhşətə gəlirdilər. Və deyirdilər ki, dünyanın hansı ölkəsinə gedirlər getsinlər, Xocalı faciəsini də özləri ilə aparacaqlar.
 

Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı, Milli Məclisin deputatı Flora Qasımova “Srebrenitsa anaları” Hərəkatının üzvlərini evində qonaq edib. Həmin dövrün şahidi olan Flora xanım bosniyalı analara o zamanın necə ağır olduğunu, Şirin Mirzəyevin Qarabağ savaşında qəhrəmancasına döyüşdüyünü, Xocalı soyqırımının insanlığa sığmayan vəhşətini anladıb...


“Srebrenitsa anaları” isə Bakıdan vətənlərinə yola düşərkən bütün dünyaya “Xocalı soyqırımını tanımadığınıza görə utanın!” deyəcəklərinə söz veriblər...

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir