Modern.az

Türkiyədə “Xocalı üçün paylaş” kampaniyası aparılır

Türkiyədə “Xocalı üçün paylaş” kampaniyası aparılır

Aktual

26 Fevral 2019, 13:36

İstanbulda “Palmali” Şirkətlər Qrupu tərəfindən Xocalı Soyqırımının anım günü ilə əlaqədar böyük “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası həyata keçirilir.

 

İstanbul Universitetində baş tutan kampaniya dörd dildə (ingilis, türk, rus və fransız) əsasən tələbələrdən ibarət könüllülər tərəfindən aparılır.

 

Modern.az xəbər verir ki, bu saata olan statistikaya görə, “Twitter” sosial şəbəsində “#Khojaly” haştaqı ilə 5 mindən çox paylaşım edilib. Paylaşımlar müxtəlif dillərdə məlumatların çatdırılması, Xocalı soyqırımı haqqından şəkil və videoların paylaşılması məqsədi daşıyır. Dünyanın bir çox ölkəsində yaşayan azərbaycanlılar, xüsusilə türk qardaşlarımız soyqırımı haqqında məlumatları yayımlayırlar. Bunun nəticəsində təkcə “Twitter”də #HocalıKatliamı haştaqı ilə paylaşımların sayı 50 minə çatıb.

 

Azərbaycanın tanınmış siyasətçiləri, ziyalılar, jurnalistlər və tələbələr də Xocalı soyqırımının dünyaya tanıdılması üçün sosial şəbəkə üzərindən başlanan kampaniyaya qoşulublar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!