Modern.az

Oqtay Əsədov bir qrup deputatla Macarıstana gedib

Oqtay Əsədov bir qrup deputatla Macarıstana gedib

9 Dekabr 2011, 11:59

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeşt şəhərində səfərdədir.
Dekabrın 8-də nümayəndə heyəti Macarıstan Milli Assambleyasında olub, ölkə parlamentinin fəaliyyəti ilə yaxından maraqlanıb.
Milli Məclisin sədri Oqtay Əsədovun Macarıstan Milli Assambleyasının Sədri Laszlo Köver ilə əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüşü keçirilib. Görüşdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, dövlətlərarası münasibətlərin inkişafında qanunverici orqanların rolu və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra hər iki spiker mətbuat nümayəndələrinə görüşün nəticələri barədə açıqlama veriblər. Milli Məclisin sədri burada parlamentin xatirə kitabına öz ürək sözlərini yazıb. Parlament nümayəndə heyəti Macarıstan Milli Assambleyasının qədim binası ilə tanış olub, ölkə parlamentinin tarixi ilə maraqlanıb.
Həmin gün nümayəndə heyəti Budapeşt şəhərinin meri və ölkənin Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi xanım Roza Nac  ilə görüşüb. Bu görüşlərdə qarşılıqlı maraq doğuran məsəllər ətrafında söhbətlər aparılıb.
Səfər çərçivəsində keçirilən görüşlərdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, deputatlardan Xanhüseyn Kazımlı, Cavanşir Feyziyev və parlament Aparatının rəhbəri Səfa Mirzəyev iştirak ediblər.
Milli Məclisin mətbuat xidmətindən Modern.az-a bildirlib ki, parlament nümayəndə heyətinin Macarıstana səfəri davam edir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər