Arxiv
28 Fervral 2019, 08:47 | PARLAMENT
Parlament partiyalarına dövlət büdcəsindən ayrılan illik vəsaitin MƏBLƏĞİ açıqlandı - SİYAHI

Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsi üçün 2018-ci ilin dövlət büdcəsində 3 milyon manat vəsait nəzərdə tutulmuşdu.


Milli Məclisdə təmsil olunan siyasi partiyalara vəsait  “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə əsasən bölünür. Bu qanuna görə, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür.


Qanunvericiliyə əsasən, siyasi partiyaların maliyyələşdirilməsi üçün ayrəlmış vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.


Hazırda Milli Məclisdə 12 siyasi partiya mandat sahibidir.

Bunlar aşağıdakılardır:

1. Yeni Azərbaycan Partiyası (sədr İlham Əliyev, 69 deputat)

2. Vətəndaş Həmrəyliyi Partiyası (sədr Sabir Rüstəmxanlı, 2 deputat - Fəzail İbrahimli, Rafael Hüseynov)

3. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - (sədr Qüdrət Həsənquliyev, 1 deputat)

4. Demokratik İslahatlar Partiyası - (sədr Asim Mollazadə, 1 deputat)

5. Böyük Qurtuluş Partiyası - (sədr Fazil Mustafa, 1 deputat)

6. Milli Dirçəliş Hərəkatı Partiyası - (sədr Fərəc Quliyev, 1 deputat)

7. Ana Vətən Partiyası - (sədr Fəzail Ağamalı, 1 deputat)

8. Vətəndaş Birliyi Partiyası - (sədr Sabir Hacıyev, 1 deputat)

9. Azərbaycan Sosial Rifah Partiyası - (sədr Xanhüseyn Kazımlı, 1 deputat)

10. Vəhdət Partiyası  - (sədr Tahir Kərimli, 1 deputat)

11.Azərbaycan Demokratik Maarifçilik Partiyası - (sədr Elşən Musayev, 1 deputat)

12. Azərbaycan Sosial Demokrat Partiyası - (sədr Araz Əlizadə, 1 deputat)

 

Modern.az saytı parlament partiyalara 2018-ci ildə dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitinin məbləğini  dəqiqləşdirib.

Məlum olub ki, hazırda parlamentdə 69 deputatı olan hakim Yeni Azərbaycan Partiyası 2018-ci ilin dövlət büdcəsindən ümumilikdə 1 milyon 367 min 857 manat vəsait alıb.

Milli Məclisdə 1 deputatla təmsil olunan Böyük Quruluş Partiyasının ötən il dövlət büdcəsindən aldığı vəsait 117 min 857 manat təşkil edib.


Parlamentdə 1 deputatla təmsil olunan digər 9 partiyanın da hər birinə 117 min 857 manat vəsait ayrılıb. Bunlar Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Birliyi Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası.

Milli Məclisdə 2 deputatla təmsil olun Vətəndaş Həmrəyliyi Partiyasının ötən il büdcədən aldığı vəsait 235714 manat olub. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müəllimlərin maaşının artması valideynləri də seçimə vadar edəcək - Deputat 19 İyun 2019, 11:08 Azərbaycanın qeyri-neft məhsullarının xaricə satışı ARTIB 19 İyun 2019, 11:04 160 min müəllimin maaşı artırılıb 19 İyun 2019, 11:00 Maaş artımı pensiyalara da təsir edəcək 19 İyun 2019, 10:57 ABŞ səfirliyi amerikalı idman elçilərinin Azərbaycan səfərini maliyyələşdirir 19 İyun 2019, 10:45 Prezidentin maaşlarla bağlı sərəncamları – 2 milyon insanı əhatə edir 19 İyun 2019, 10:31 Sosial dəyərlərə çevrilən iqtisadi dəyərlər... 19 İyun 2019, 10:28 Badamlı yeni istehsal sahəsi açır - FOTOLAR 19 İyun 2019, 10:11 “Ərəb baharı” nəyə görə demokratik dəyişikliklərə yol aça bilmədi? - TƏHLİL 19 İyun 2019, 10:07 Çingiz Qənizadə seçicilərin problemlərini dinləyib 19 İyun 2019, 10:01 Minimum əməkhaqqı artımı 950 min insanı əhatə edəcək 19 İyun 2019, 10:01 Azərbaycanla BƏT arasında əməkdaşlıq müzakirə olunub 19 İyun 2019, 09:52 Deputat Sədaqət Vəliyeva Prezidentin maaşlarla bağlı sərəncamı HAQDA... 19 İyun 2019, 09:47 Başına 4  milyon qoyulan PKK terrorçusu məhv edildi 19 İyun 2019, 09:38 Azərbaycanda 21 yaşlı qız itkin düşdü – FOTO 19 İyun 2019, 09:34 Hicablı xanımlar kişilərlə əl-ələ görüşə bilər 19 İyun 2019, 09:29 Mübariz İbrahimovun anım günüdür 19 İyun 2019, 09:17 “University Foundation Center”də beşinci buraxılış gecəsi keçirildi 19 İyun 2019, 09:11 Babək prospektində qəza oldu - tıxac yarandı 19 İyun 2019, 09:05 Con Bolton Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasındakı görüşdən YAZDI 19 İyun 2019, 09:00 Şəhid Rəşad Niftalıyevin “Sonuncu zəng”i: “Bizə dedi ki, yanıma gəlməyin!” 19 İyun 2019, 08:52 Azay Quliyev Prezidentə təşəkkür etdi 19 İyun 2019, 08:43 Manat və dolların məzənnəsi   19 İyun 2019, 08:27 Amerikanın azərbaycanlı dirijoru 19 İyun 2019, 08:24 Ağstafadakı dəhşətli cinayətin daha bir görüntüsü yayıldı - VİDEO 19 İyun 2019, 00:46 Masallıda avtobusdan düşən sərnişini maşın vurdu 19 İyun 2019, 00:24 Fatmayı kəndində toyda kütləvi dava 19 İyun 2019, 00:11 Azərbaycan nefti ucuzlaşdı 18 İyun 2019, 23:57 Türkiyədə 10 nəfəri sel apardı 18 İyun 2019, 23:38 Sumqayıtda yanğı: 10 nəfər təxliyə edildi 18 İyun 2019, 23:19 Serbiya Prezidenti Azərbaycan alimləri ilə müzakirə apardı - FOTO 18 İyun 2019, 23:02 “Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istədi - FOTO 18 İyun 2019, 22:43 Pentaqonun yeni başçısı bəlli oldu 18 İyun 2019, 22:27 Yaponiyadan əhali təxliyə edilir: Səbəb 18 İyun 2019, 22:11 Gəncədə dostları gəncin meyitini xəstəxanaya atıb qaçdı 18 İyun 2019, 21:59