Modern.az

Azərbaycanlı gənclər Vaşinqtondakı Ermənistan səfirliyi önündə erməniləri məyus etdilər - FOTOLAR

Azərbaycanlı gənclər Vaşinqtondakı Ermənistan səfirliyi önündə erməniləri məyus etdilər - FOTOLAR

Diaspor

28 Fevral 2019, 09:36

Vaşinqtonda yaşayan azərbaycanlılar Xocalı soyqrımı qurbanlarının haqqını tələb etmək üçün Ermənistanın ABŞ-dakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.

Modern.az saytının məlumatına görə, “Xocalıya ədalət!”, “Ermənistan Azərbaycan torpaqlarından rədd ol!” şüarlarının səsləndiyi aksiyada iştirak edən soydaşlarımız Vaşinqtonda ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi və direktoru Bədir Məmmədlinin ətrafında toplanaraq, soyqırımı qurbanlarına edilən vəhşiliyi Ermənistanın utanc yeri olduğunu söyləyiblər.


Bu aksiyanın maraqlı tərəfi həm də odur ki, Vaşinqton ətrafında yaşayan azərbaycanlı gənclər - Cavid Şahbazov, Rövşən Ələkbərzadə, Davud Soltanov, Elgün Hüseynov, Elçin Rzayev və Taleh Əfəndiyev özləri kimi 50-dən artıq vətənsevər soydaşımızı ətraflarına toplayaraq,  Vaşinqtondakı erməni diasporunu narahat ediblər. Belə ki, aksiya başlamazdan əvvəl Twitter-də “onsuz da azərbaycanlılar gəlməyəcək” yazan ermənilər azərbaycanlı gənclərin sayının çoxluğunu görəndə qəzəbləniblər.

Çünki milyonlara sahib erməni diasporu böyük məbləğdə vəsait xərcləsə də Vaşinqtona 30 nəfəri güclə toplaya bilib.
Azərbaycanlı gənclər isə Vətən eşqi ilə könüllü olaraq “Xocalıya ədalət!” şüarı altında 2 saat müddətində erməni diplomatlarını səfirlikdən həsrətlə onlara baxmağa vadar ediblər.

Bu aksiyanın həm də Vaşinqtonda bir ilk olduğunu da qeyd etmək lazımdır. Artıq erməni diasporu bu məsələdən narahatlıqlarını da gizlətmirlər.


















Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!