Modern.az

Amerikalı generaldan şok ETİRAF: “Rusiya raketlərini məhv edə bilmərik”

Amerikalı generaldan şok ETİRAF: “Rusiya raketlərini məhv edə bilmərik”

28 Fevral 2019, 10:20

“ABŞ Rusiya raketlərini məhv etməyə qadir deyil. Buna görə də, Moskva ilə imzalanmış “Strateji hücum silahlarının azaldılması haqqında” müqavilənin vaxtını uzatmaq lazımdır”.

 

Modern.az saytının xarici KİV-ə istinadən məlumatına görə, ABŞ Strateji Qüvvələrinin komandanı, general Con Hayten belə bəyanatla çıxış edib.

 

Onun sözlərinə görə, Rusiyanın yeni qanadlı və hipersəsli raketləri, həmçinin “Poseydon” sualtı aparatı böyük təhlükələr deməkdir.

 

“Mən 10 il boyunca bu silahlanmaya görə, narahatlığımı bildirmişəm ki, bu silahlar istənilən an istiqamətini dəyişə bilərlər və bu zaman bizdə problemlər olacaq. Mən bu gün ölkəni qoruya bilərəm, amma gələcəkdə postumu tutacaq insanlara görə narahat oluram”-deyə Con Hayten bildirib.

 

Hayten Rusiya raketlərinin xüsusiyyətləri haqda senatorlara danışıraq söyləyib ki, Amerika sistemləri onları aşkar etməyə qadirdir. Lakin həmin raketlərin zərərsizləşdirilməsi çox çətindir.

 

“Onları aşkar edə bilərik, amma sonra yox olurlar və zərbə anına qədər o silahları görmürük”-deyə Hayten narahatlığını dilə gətirib.

 

Xatırladaq ki, “Strateji hücum silahlarının azaldılması haqqında” müqavilə 2011-ci ildə qüvvəyə minib və 10 illik periodu əhatə edir.

 

Müqavilə əsasında tərəflər qitələrarası ballistik raketlər, sualtı qayıqlar, nüvə silahları və nüvə başlıqlarının sayını məhdudlaşdırmalıdır.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər