Arxiv
28 Fervral 2019, 10:49 | DİASPOR
Sonsuz amerikalıları sevindirən azərbaycanlı həkim - Onun razılığı olmadan...  

İslam peyğəmbəri həzrəti Məhəmmədin (s.a.a.s.) gözəl bir kəlamı var: "Uşaq, cənnət nemətlərindən biridir. Uşaq qoxusu, cənnət qoxusudur...".

O, bu qoxunu həsrətində olan çox valideynə hiss etdirib, yüzlərlə ailənin övlad həsrətinə son qoyub. Neçə-neçə insan nəslinin yer üzündən silinməsinin qarşısını alıb, tükənib-bitməsinə imkan verməyib…

Haqqında söhbət açdığım Samir Babayev 1984-cü ildə Gəncə şəhərində dünyaya gəlib. 9-cu sinifə qədər Gəncədəki 4 saylı məktəbdə oxuyub, tam orta təhsilini Bakıda, 258 saylı məktəbdə başa vurub. 2001-2003-cü illərdə Azərbaycan Tibb Universitetində, 2003-2008-ci illərdə isə İstanbul Universitetinin "İstanbul Tibb Fakultəsi"ndə təhsil alaraq, həkim ixtisasına yiyələnib. Elə həmin il ABŞ-a gəlib. Bir il Nyu York Kolumbiya Universitetində elmi araşdırmalarla məşğul olub. 2009-2013-cü illərdə Nyu York Tibb Kollecində rezedentura keçib. 2013-2016-cı illərdə Texas Universitetinin Dallas şəhərindəki tibb mərkəzində sonsuzluq üzrə genokoloq cərrah kimi ixtisaslaşıb. O vaxtdan həmin mərkəzdə dosent vəzifəsinə təyin olunun və bu günədək qadınlarda sonsuzluq üzrə cərrahi əməliyyatlar, eyni zamanda EKO prosedurlarını həyata keçirir…

…Atası Namiq İbrahim oğlu Babayev anestezioloq - reanimatoloqdur. Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzində çalışır. Anası Eleonora Nəriman qızı Babayeva isə 1 saylı xəstəxananın laboratoriyasında həkim işləyir…

Bütün bunlarla yanaşı o, həm də ABŞ-da işıq üzü görən, tibb sahəsində ən məşhur "Human Reproduction" jurnalında redaktor köməkçisidir. Bir ekspert kimi onun razılığı olmadan heç bir elmi məqalə həmin jurnalda çap olunmur…


…Ömür-gün yoldaşı Riada Nizami qızı Rəhimova stomatoloq işləyir. Yeganə övladı Namiqin 8 yaşı var, 3-cü sinifdə oxuyur…

Deyir ki,- "Məncə, müvəfəqiyyət qazanmağın bir formulası var. Əgər burada 10% məqsəddən asılıdırsa, 70%-ni əzmkarlıq, 20%-ni isə Allahın uğuru təşkil edir"…

Onun da bəxti gətirib, bu ilin ortalarından Minnesota ştatının Roçester şəhərində fəaliyyətdə olan çox məşhur "Mayo Clinic"də sonsuzluq şöbəsinə rəhbərlik etməyə başlayacaq…

Şahmat oynamağı xoşlayır. Tez-tez online turlara qatılır və bir-neçə dəfə həmin turların qalibi də olub. Həftədə 200-250 km velosiped sürür. Bunun insan sağlamlığına verdiyi faydaları dilə gətirib, hər kəsə velosiped sürməyi tövsiyyə edir…

Bəli, sonsuzluğa qarşı mübarizə aparan, insanlara dünyanın ən böyük sevincini bəxş edən bu gənc, mehriban həkimin əsas uğurları hələ qarşıdadır. Əminəm ki, onun biliyi, bacarığı, şəfalı əlləri sayəsində övlad üzünə həsrət qalan çox ailələr öz arzusuna qovuşacaq…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan
 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şirvanda transformator yanıb   22 Sentyabr 2019, 10:27 Ermənilər cəbhədə təxribatlara davam edir 22 Sentyabr 2019, 09:36 Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq 22 Sentyabr 2019, 09:31 “İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək DƏYİŞİKLİK GÖZLƏNİLİR” 22 Sentyabr 2019, 09:20 Bakıda 9 yaşlı uşağı yük maşını vurdu 22 Sentyabr 2019, 00:34 Güclü külək Goranboyda fəsadlar törətdi 22 Sentyabr 2019, 00:16 Tacikistanda rüs əsgərlərinə hücum edildi 21 Sentyabr 2019, 23:54 Ermənistanda qubernator köməkçisi ordu zabitini öldürdü 21 Sentyabr 2019, 23:09 Neftin bölüşdürülməsi problem yaratdı 21 Sentyabr 2019, 22:47 İran, Çin və Rusiya ilə birgə hərbi təlimlərə hazırlaşır 21 Sentyabr 2019, 22:33 Rektor tələbələrə daha 10 tövsiyə verdi 21 Sentyabr 2019, 22:10 Xəzərdə dalğanın hündürlüyü 6,3 metrə çatdı 21 Sentyabr 2019, 21:58 Gecə klubundakı atışmada 2 nəfər ölüb   21 Sentyabr 2019, 21:39 Albaniyada güclü zəlzələ: yaralılar var 21 Sentyabr 2019, 21:25 İcma sədrindən ATƏT-də Qarabağ çağırışı 21 Sentyabr 2019, 21:06 Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının nümayəndələri İstanbulda - FOTO                        21 Sentyabr 2019, 20:48 Bakıda dünya çempionatının qalibləri mükafatlandırılıb 21 Sentyabr 2019, 20:34 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 21 Sentyabr 2019, 20:18 Güclü külək Bakıda toz dumanı yaradıb 21 Sentyabr 2019, 20:01 “Topaz”dan texniki problemlə bağlı MÜRACİƏT 21 Sentyabr 2019, 19:07 Ermənistan Dilqəmlə Şahbazı azad edə bilər - Yerevan müzakirə aparır 21 Sentyabr 2019, 18:43 Bakıda küləyin sürəti 38 m/s-yə çatıb 21 Sentyabr 2019, 18:28 “Türk ocağı” Azərbaycanda bərpa olundu - Akif Aşırlı başqan seçildi - YENİLƏNİB 21 Sentyabr 2019, 17:51 Bakıda küçələrə atılan azyaşlıya görə cinayət işi açıl 21 Sentyabr 2019, 17:18 Ordumuzun bir hərbçisi həlak oldu 21 Sentyabr 2019, 17:14 Azərbaycanda 3030 boşanmış və 204 dul qalmış qadın yenidən ƏRƏ GEDİB 21 Sentyabr 2019, 17:00 Tokio-2020 Olimpiadasına lisenziya qazanan 5 idmançımız kimdi? - SİYAHI 21 Sentyabr 2019, 16:03 SOCAR küləklə əlaqədar 500-dən çox neftçini sahilə çıxarıb 21 Sentyabr 2019, 15:51 Koreya səfiri “Qobu Park”da köçkünlərə dəstək verməyə gəldi 21 Sentyabr 2019, 15:34 Səslərə qıcıq olmaq nevroloji xəstəlik ola bilər?! 21 Sentyabr 2019, 15:23 Umud Mirzəyev Cenevrədə bəyanat verib 21 Sentyabr 2019, 15:15 İlham Əliyev Səudiyyə Ərəbistanının kralını təbrik etdi 21 Sentyabr 2019, 15:04 Bakı metrosunda HADİSƏ - Qatar TÜSTÜLƏNDİ - Sərnişinlər təxliyə olundu 21 Sentyabr 2019, 14:55 Prezidentdən Xələf Xələfovla bağlı daha bir SƏRƏNCAM 21 Sentyabr 2019, 14:51 “UNEC ikili diplom proqramları” sərgisi keçirildi 21 Sentyabr 2019, 14:45