Modern.az

Mirzə İbrahimovun 9 il köməkçisi olmuş deputat Moskvada ondan danışacaq

Mirzə İbrahimovun 9 il köməkçisi olmuş deputat Moskvada ondan danışacaq

9 Dekabr 2011, 13:47

Milli Məclisin deputatı Elmira Axundova Moskvada səfərdədir. Bu barədə Modern.az saytına deputatın özü məlumat verib.

O qeyd edib ki, bu gün Millətlər Evində Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə Mirzə İbrahimovun 100 illiyi qeyd edilir. Tədbirdə rusiyalı, eləcə də azərbaycanlı yazıçılar, Mirzə İbrahimovun ailə üzvləri iştirak edir.

1980-1988-ci illərdə Mirzə İbrahimovun köməkçisi işlədiyini deyən Elmira Axundova tədbirdə  Mirzə İbrahimovla bağlı çıxış edəcəyini bildirib.

Dekabrın 12-də isə Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin Moskvada anım mərasimi keçiriləcək. Bu tədbiri Heydər Əliyev Fondu və Azərbaycanın Rusiyadakı səfirliyi təşkil edir. Həmin tədbirdə də deputat Heydər Əliyevin xarici siyasəti mövzusunda çıxış edəcək. Elmira Axundova bildirib ki, Heydər Əliyevin anım mərasimində çıxış etməyi özünə şərəf bilir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub