Modern.az

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Eurovision-2012” hazırlığına başlayıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Eurovision-2012” hazırlığına başlayıb

Təhsil

9 Dekabr 2011, 15:08

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində informasiya və kommnikasiya texnologiyalarının standartlara cavab verməsi məqsədilə təsdiqlənən geniş tədbirlər planının icrasına başlayıb.
Modern.az xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi Beytulla Hüseynovun sözlərinə görə, bu məqsədlə ciddi hazırlıqlar gedir və şəhərdə bütün informasiya və kommmunikasiya texnologiyalarının müasir tələblərə cavab verməsi hədədflənib.
“Burada alternativ rabitənin də nəzərə alacaqğıq. Bu çox vacib bir məsələdir”.

Qeyd edək ki, tədbirlər planında regionlar da nəzərdə tutulub. Belə ki, müsabiqənin keçiriləcəyi yerdən 3 istiqamətdə (“Aztelekom” İB, Gəncə şəhəri və İctimai TV ofisi) fiber-optik kabellə rabitənin yaradılması, STM-1 səviyyəsində kanalların təşkili və son avadanlıqlarla təchiz edilməsi də nəzərdə tutulub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!