Modern.az

“Jurnalistlərin qış məktəbi” çərçivəsində müsabiqə elan olundu

“Jurnalistlərin qış məktəbi” çərçivəsində müsabiqə elan olundu

9 Dekabr 2011, 15:48

İsmayıllıda keçirilən “Jurnalistlərin üçün qış məktəbi”nin iştirakçıları üçün yazı müsabiqəsi elan olunub. Tədbirin təşkilatçılarından olan Avrasiya Əməkdaşlıq Fondu iqtisadi, sosial və ictimai məsələlərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını təşviq etmək məqsədi ilə beş istiqamətdə müsabiqə elan edib:

1)      Azərbaycanın Avropaya inteqrasiyasında vətəndaş cəmiyyətinin rolu;

2)      İcma problemlərinin həllində gənclərin iştirakı və vətəndaş jurnalistikasının gənclərin fəallığına təsiri;

3)      Qadın yerli idarəçiliyinin bələdiyyələrin inkişafında rolu;

4)      əmək bazarında və biznesdə əlilliyi olan insanların vəziyyəti və problemləri;

5)      Qarabağ münaqişəsinin həllində xalq diplomatiyasının rolu.

Yazılar Avrasiya Əməkdaşı Fondu və AR Gənclər Təşkilatları Milli Şurasının ekspertləri tərəfindən qiymətləndiriləcək. Müsabiqə dekabrın sonunda yekun vurulacaq.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?