Modern.az

“Norveçdə Azərbaycan 20 il sonra” (FOTO)

“Norveçdə Azərbaycan 20 il sonra” (FOTO)

Təhsil

9 Dekabr 2011, 15:55


Avropada ilk azərbaycanlı gənclər təşkilatı kimi yaranan və qeydiyatdan keçən Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) Norveçin Stavanger və Oslo şəhərlərində Azərbaycan  Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə və NAYO-nun yaranmasının 5 –illiyinə  həsr olunmuş “Norveçdə Azərbaycan 20 il sonra” adlı mədəniyyət programı həyata keçirib.

Yubiley tədbirini açan Norveç Azərbaycanlıları Gənclər Təşkilatının və Norveçdəki Azərbaycan diasporunun sədri və təsisçisi Ramil Əliyev Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibəti ilə qonaqları təbrik edib, NAYO-nun 5 ildə əldə etdiyi uğurlar barədə qısa məlumat verib. 

Oslonun məşhur mədəniyyət sarayı olan Oslo Konserhusdə baştutan tədbirdə Oslonun meri Fabian Stanq, Türkiyə Cümhuriyyətinin Norveçdəki səfiri Hayati Güven, Kon-Tiki muzeyinin idarə heyətinin sədri Tur Heyerdal jr. (məşur səyyat Tur Heyrdalın oğlu), Norveç Krallığının Azərbaycanda keçmiş səfiri Jon Ramberg, Oslo şəhər məclisinin üzvləri Mertefe Bartınoğlu və Gülay Kutal hər iki ölkə arasında müxtəlif istiqamətlər üzrə əlaqələrin olduğunu söyləyiblər, milli mədəniyyətimiz və  NAYO haqqında müsbət fikirlərini dilə gətiriblər.

NAYO-nun sədri və təsisçisi Ramil Əliyev bildirib ki, Norveçdə Azərbaycan Respublikasının səfirliyi olmadıqından NAYO artıq 5 ildir ki Norveçdə Azərbaycanın qeyri-rəsmi səfirliyi kimi iki ölkə arasında siyası, mədəni və sosial əlaqələrin inkişafında müstəsna xidmət göstərməkdədir.
“Məhz təşkilatımız bu müddətdə Norveçdə Azərbaycan Respublikasının adi keçən bütün tədbirləri həyata keçirmiş həm Norveç təşkilatlarinın, həm də yerli Azərbaycan icmasının ölkəmizlə əlaqədar müraciət etdiyi ilk ünvan olmuşdur. Biz çox şadıq ki, təşkilatımızın 5 illik yubleyində Oslo meri, Turkiyə Cumhuriyyətinin səfiri, Norveç Xarici İşlər Nazirliyi, Oslo şəhər Məclisi və Tur Heyrdahı kimi nüfuzlu şəxslər və qrumlar iştirak edir, gördüyümüz işləri qiymətləndirirlər”.

NAYO-nun təşkilatçılığı və Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi keçirilən yubley konsertində Prezident mükafatçısı, əməkdar tarzən Sahib Paşazadə, əməkdar artist Lalə Məmmədova, Azərbaycan Televiziyası və Radiosunun solisti, kanon ifaçı, istedadlı müğənni Rəşad İlyasov, Milli Konservatoriyanın müəllimi, tanınmış kamança ifaçısı Toğrul Əsədullayev, ”Muğam televiziya müsabiqəsi 2011” qalibi Səbinə Ərəbli və F. Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti Günel Şeyxova zəngin ifalarla çıxış ediblər.

Yubley konsertinə görkəmli Norveç skripkaçısı Halvard Byörgum öz repertuarından bir neçə ifalarla əlavə çalaq qatıb. Norveç-Azərbaycan musiqisinin oxşarlıqlarını və ahəngini istiqamətində tədqiqat aparan H. Byörgum tarzən Sahib Paşazadə ilə bir səhnəni bölüşərək “Heyratı” muğamı və “Tello” xalq mahısıni maraqlı kompozisiyada ifa ediblər. Konsertdə eyni zamanda Norveçdə yaşayan həmvətənlimiz saz və xalq mahnıları ifaçısı Cəfər Cəfərzadə aşıq musuqusi ifa etmiş və musiqimizin bu nadir incisini qonaqlara təbliğ və təqdim edib.

Ramil Əliyev eyni zamanda bildirib: “Yubiley tədbirini Avropanın neft paytaxtı adlanan Stavenger şəhərindədə də qeyd etməyimiz və Stavanger  Arxeoloji Muzeyində gercəkləşdirməyimiz NAYOnun artiq Norveçin bütün böyük səhərlərindəki şöbələrinin inkişafının göstəricisidir. Biz fəxr edirik ki, NAYO yarandıqı 5 ildən sonra yüksək zirvədədir. Norveç və Azərbaycandakı dostlarımızın, əməkdaşlarımız, şəbəkəmiz və nüfuzumuzun sayəsində avropada lider azərbaycanlı gənclər təşkilatı olmuşuq və olkəmizi, millətimizi və zəngin tariximizi öz daxili imkanlarımız və savadımız hesabına təbliğ və təqdim edirik. Biz fəxr edirik azərbaycanlıyıq və Azərbaycanın Norveçdə vikinqləriyik”.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar